image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

Suverenliyin təmin edilməsi üçün atılan ilk addım – Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması

image-legitimaz-810x90

Suverenliyin təmin edilməsi üçün atılan ilk addım – Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması.

 

Azərbaycanın dövlətçilik tarixində 2023-cü il mühüm hadisələrlə yadda qalıb. Həmin ilin aprel ayında Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın dövlət sərhədlərinə nəzarətinin təmin edilməsi istiqamətində atılmış mühüm addımlardan biri oldu.Laçın yolu Azərbaycanı Ermənistanla birləşdirən yol kimi uzun müddət gündəmdə olub.2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda Laçın dəhlizi ilə bağlı müddəalar öz əksini tapmışdı. Sonrakı illərdə bölgədə təhlükəsizliklə bağlı müxtəlif problemlər və qarşılıqlı iddialar meydana gəlmişdi.

2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən Laçın yolunun Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradıldığı elan edildi. Məntəqənin yaradılmasında məqsəd dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin hərəkətinə nəzarətin həyata keçirilməsi və sərhəd təhlükəsizliyinin təmin olunması kimi açıqlanmışdı.Nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın öz sərhədləri üzərində nəzarəti gücləndirməsi baxımından mühüm hadisə idi. Dövlət sərhədinin qorunması və sərhəddən keçidlərin qanun əsasında həyata keçirilməsi suveren dövlətin əsas xüsusiyyətlərindən biridir. Bu hadisə 2023-cü ilin sentyabrında baş verən proseslərdən əvvəl mühüm mərhələ oldu. Sentyabrın 19-da Azərbaycan Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başladığını bildirdi. Tədbirlərdən sonra sentyabrın 20-də atəşin dayandırılması barədə razılaşma əldə edildi. Sonrakı proseslər nəticəsində Azərbaycan Qarabağ üzərində dövlət nəzarətini bərpa etdiyini açıqladı. Beləliklə, Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması və 2023-cü ilin sentyabrında baş verən hadisələr Azərbaycanın dövlət suverenliyinin təmin olunması prosesində bir-birini tamamlayan mühüm mərhələlər kimi yadda qaldı.

20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi də bu tarixi hadisələrlə bağlıdır. Bu gün dövlətimizin bütün ərazisində suverenliyinin təmin edilməsinin əhəmiyyətini xatırladır və dövlətçilik tariximizə diqqəti artırır. Suverenlik yalnız əraziyə nəzarət demək deyil. Dövlətin öz sərhədlərini qoruması, qanunların bütün ərazidə tətbiq olunması, dövlət qurumlarının fəaliyyət göstərməsi və vətəndaşların hüquqlarının təmin edilməsi də suverenliyin mühüm göstəriciləridir. Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılmasından sonra bölgədə yeni mərhələ başladı. Bu gün Laçın şəhərində və ətraf ərazilərdə geniş bərpa və quruculuq işləri aparılır. Yeni yaşayış məhəllələri, yollar, məktəblər və digər sosial obyektlər inşa olunur. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıtması üçün şərait yaradılır.

20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqının keçdiyi tarixi yolu xatırlamaq baxımından mühüm gündür. Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması isə Azərbaycanın öz dövlət sərhədləri və ərazisi üzərində nəzarətinin təmin edilməsi istiqamətində atılmış mühüm addımlardan biri kimi tarixə düşüb. Bu tarix bizə dövlət suverenliyinin qorunmasının, qanunların aliliyinin və dövlətçilik ənənələrinin gələcək nəsillərə çatdırılmasının vacibliyini bir daha xatırladır.

 

Zərdab rayon Hüseynxanlı kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi-Əfsun Nuriyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki