image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

Türk dünyası bizim ailəmizdir

image-legitimaz-810x90

Azərbaycan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ikitərəfli və çoxtərəfli formatlarda fəal əməkdaşlıq edir. Bu əlaqələr siyasi, iqtisadi və investisiya sahələri ilə yanaşı, qarşılıqlı səfərlər və strateji tərəfdaşlıq çərçivəsində də inkişaf etdirilir.

Azərbaycanın TDT-yə üzv ölkələrlə münasibətlərində qarşılıqlı etimad və strateji əməkdaşlıq mühüm yer tutur. Azərbaycan Prezidenti qeyd edib ki, onun təşkilata üzv ölkələrə çoxsaylı səfərləri, eləcə də TDT-yə üzv dövlətlərin başçılarının Azərbaycana səfərləri bu əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərir.

Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalayıb. Bu sənədlər ikitərəfli münasibətlərin ən yüksək səviyyəsini əks etdirir və əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.

Türk dünyası ölkələri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi də Azərbaycanın xarici siyasət gündəliyinin əsas istiqamətlərindən biridir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması qarşılıqlı investisiyaların təşviqi və səfərbər olunması baxımından yeni imkanlar yaradıb. Bu istiqamətdə layihələrin və əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi prosesi fəal şəkildə davam edir.

Azərbaycanın ikitərəfli xarici siyasət gündəliyində Türk dünyası ölkələri xüsusi yer tutur. Prezident İlham Əliyev müxtəlif çıxışlarında bu istiqamətin Azərbaycanın əsas xarici siyasət prioritetlərindən biri olduğunu vurğulayıb. Dövlət başçısı Türk dünyasına münasibətini “Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur” ifadəsi ilə dəfələrlə ifadə edib.

Bu yanaşma Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə, üzv və müşahidəçi ölkələrlə siyasi, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini göstərir.

 

Əhmədova Mehbarə – Zərdab şəhər sakini, pensiyaçı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki