Kremlin qəfildən Ukraynada “Pasxa atəşkəsi” elan etməsi Rusiya lideri Vladimir Putinin ABŞ Prezidenti Donald Trampın qəzəbini azaltmaq cəhdidir.
Xeberaz.info xəbər verir ki, bu barədə “İndependent”in analitik yazısında bildirilib.
“Tramp administrasiyası sülh danışıqlarına gəldikdə qətiyyətlə Rusiyanın tərəfindədir. Deməli, Kremlin qəfil birtərəfli atəşkəs elanı Ağ Ev tərəfindən müsbət qarşılanmalıdır”, – analizdə qeyd olunub.
Nəşrin yazdığına görə, Tramp Putindən məyus olduğunu göstərir:
“Rus lideri isə Amerika liderinin qıcıqlanmasını müharibəyə heç bir ciddi təsiri olmayan “Pasxa atəşkəsi” ilə yumşaldır”.
Qeyd edək ki, Pasxa bayramı ilə bağlı atəşkəs 19 aprel 18:00-da elan edilib və 20 aprel gecə (30 saat) başa çatıb.