image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Cəbrayılın yol infrastrukturu

image-legitimaz-810x90

Cəbrayılın yol infrastrukturu

 

Cəbrayıl rayonunun işğaldan azad edilməsindən sonra burada həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin mühüm istiqamətlərindən biri müasir yol infrastrukturunun yaradılmasıdır. Yeni avtomobil yollarının çəkilməsi rayonun digər ərazilərlə nəqliyyat əlaqələrinin yaxşılaşdırılması, yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və əhalinin doğma yurdlarına qayıdışının təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biri Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yoludur. Bu yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biridir. Bu yol işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq 10 yol infrastrukturu layihələrindən biridir.

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun əhəmiyyəti onun digər mühüm yol layihələri ilə əlaqələndirilməsində də özünü göstərir. Hazırda inşası aparılan Əhmədbəyli–Füzuli–Şuşa, Şükürbəyli–Cəbrayıl–Hadrut və Xudafərin–Qubadlı–Laçın avtomobil yolları başlanğıcını məhz bu magistral yoldan götürür. Beləliklə, Cəbrayıl rayonu Qarabağ və Şərqi Zəngəzur ərazilərini birləşdirən geniş nəqliyyat şəbəkəsinin mühüm həlqələrindən birinə çevrilir. Cəbrayılın yol infrastrukturu baxımından digər mühüm layihələrindən biri Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yoludur. Bu yol işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolunun Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla həmin rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə etməsi nəzərdə tutulur. Bu isə bölgədə yerləşən yaşayış məntəqələri arasında nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılmasına imkan yaradacaq.

Yeni yolların inşası Cəbrayılın yalnız nəqliyyat imkanlarının genişləndirilməsi baxımından deyil, həm də rayonun iqtisadi inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Müasir avtomobil yolları sənaye və kənd təsərrüfatı məhsullarının daşınmasını asanlaşdırır, yeni iqtisadi fəaliyyət sahələrinin yaranmasına şərait yaradır və regiona investisiyaların cəlb olunması üçün əlverişli nəqliyyat mühiti formalaşdırır.

Bununla yanaşı, yol infrastrukturu Cəbrayıl şəhəri və kəndlərində aparılan bərpa-quruculuq işlərinin ayrılmaz hissəsidir. Yeni yaşayış məhəllələrinin, sosial obyektlərin, sənaye və digər iqtisadi müəssisələrin fəaliyyətə başlaması üçün rahat və təhlükəsiz nəqliyyat əlaqələrinin yaradılması vacib şərtlərdəndir. Bu baxımdan inşa edilən avtomobil yolları Böyük Qayıdış prosesinin həyata keçirilməsinə də mühüm dəstək verir. Cəbrayıl rayonunda yaradılan yol infrastrukturu regionun gələcək inkişafına hesablanmış mühüm layihələrdən ibarətdir. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd və Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolları Cəbrayılın Qarabağ və Şərqi Zəngəzurun digər əraziləri ilə əlaqələrinin gücləndirilməsinə, yaşayış məntəqələrinin inkişafına və əhalinin doğma torpaqlarına qayıdışının sürətləndirilməsinə xidmət edir.

 

Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki