image-68048fd4d561068048fd4d5611174512942868048fd4d560e68048fd4d560f

İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan narkobaron təslim olub

Cənubi Amerikadan Avropanın müxtəlif ölkələrinə kuryer üsulu ilə heroin ticarəti aparan və 8 ildir İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan Türk narkobaronu Feridun Müldür təslim olub.

Xeberaz.info xəbər verir ki, bu barədə NTV kanalı məlumat yayıb.

İnterpol tərəfindən axtarılırdı

Feridun Müldür haqqında 8 il əvvəl “cinayət təşkilatına üzv olmaq və narkotik ticarəti aparmaq” ittihamı ilə həbs qərarı çıxarılıb. Qərardan sonra Müldür izini itirib. İki il əvvəl Ekvador sərhədindən qeyri-qanuni yollarla Kolumbiyaya keçdiyi müəyyən edilib və Bogotada olduğu müddətdə ələ keçirilə bilməyib.

Kuryelerlə heroin nəqliyyatı

Kolumbiyada narkotik ticarətinə davam edən və qısa müddətdə Cənubi Amerikadan Avropaya heroin ticarəti aparan beynəlxalq bir cinayət təşkilatının lideri olan Müldür, kuryerlər vasitəsilə narkotikləri insanların mədələrində xarici ölkələrə göndərməyə başlayıb. Müldürün kuryelərindən olan Nigeriya əsilli 22 yaşlı bir qadın, Sao Paulodan hava yolu ilə İstanbula gəldikdə mədəsində 1 kiloqram ağırlığında olan 82 kapsulla narkotik maddə ilə yaxalanıb.

İnterpola təslim olub

Feridun Müldür, İnterpola müraciət edərək təslim olub. Cənubi Amerikaya sığınma tələbi ilə müraciət etsə də, prokurorluq bu tələbi rədd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki