image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-5

Şəhid ailələrinin üzvlərinin sosial təminatı, qazilərin müalicəsi və reabilitasiyası, onların müxtəlif ehtiyaclarının qarşılanması dövlətin sosial siyasətində mühüm yer tutur

image-legitimaz-810x90

Şəhid ailələrinin üzvlərinin sosial təminatı, qazilərin müalicəsi və reabilitasiyası, onların müxtəlif ehtiyaclarının qarşılanması dövlətin sosial siyasətində mühüm yer tutur

 

Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Qələbə tariximizin ən şərəfli səhifələrindən biridir. Bu Qələbənin əldə olunmasında Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı və qazilərimizin göstərdiyi misilsiz şücaət mühüm rol oynayıb.

Vətən müharibəsi başa çatdıqdan sonra dövlət qarşısında duran əsas məsələlərdən biri də müharibə iştirakçılarına, qazilərə və şəhid ailələrinə hərtərəfli dəstəyin göstərilməsi oldu. Çünki Vətən uğrunda canından keçən şəhidlərin ailələrinin və sağlamlığını itirən qazilərimizin daim diqqət və qayğı ilə əhatə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.

Bu gün Azərbaycanda şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müalicə və reabilitasiyasının təmin edilməsi, məşğulluq imkanlarının artırılması və digər sosial məsələlərinin həlli istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.

Şəhid ailələrinə və qazilərə göstərilən diqqət yalnız maddi yardımla məhdudlaşmır. Bu istiqamətdə həyata keçirilən tədbirlər onların sosial rifahının yaxşılaşdırılmasına, gündəlik problemlərinin həllinə və cəmiyyətə fəal inteqrasiyasına yönəlib.  Şəhid ailələrinin üzvlərinin sosial təminatı, qazilərin müalicəsi və reabilitasiyası, onların müxtəlif ehtiyaclarının qarşılanması dövlətin sosial siyasətində mühüm yer tutur. Bu yanaşmanın əsas mahiyyəti ondan ibarətdir ki, Vətən qarşısında böyük xidmət göstərmiş insanlar və onların ailələri diqqətdən kənarda qalmasınlar. Azərbaycan cəmiyyətində də şəhidlərimizin ailələrinə və qazilərimizə böyük hörmət və ehtiram var. Bu, xalqımızın milli-mənəvi dəyərlərindən irəli gəlir.

Vətən müharibəsində yüzlərlə hərbçimiz müxtəlif dərəcəli xəsarətlər alıb. Onların bir qismi ətraflarını itirib, bir qismi isə digər ağır yaralanmalarla üzləşib. Belə insanların normal həyata qayıtması üçün tibbi müalicə ilə yanaşı, müasir reabilitasiya imkanlarının yaradılması da mühüm əhəmiyyət daşıyır.

Müharibə zamanı əlini və ya qolunu itirmiş qazilər üçün müasir protezlərin təmin edilməsi bu istiqamətdə görülən işlərin mühüm hissəsidir. Müasir protez texnologiyaları qazilərin gündəlik həyat imkanlarını genişləndirməyə, onların müstəqil hərəkət etməsinə və müxtəlif fəaliyyətlərdə iştirakına kömək edir. Qazilərimizin sağlamlığının bərpası yalnız tibbi məsələ deyil. Bu, onların gələcək həyatına, ailəsinə, əmək fəaliyyətinə və cəmiyyətə inteqrasiyasına birbaşa təsir edən mühüm məsələdir.

Fəxrət Məmmədəliyev- Təzəkənd kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki