image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-3

Şəhid ailələrinə və qazilərə göstərilən qayğıda dövlət və cəmiyyətin birgə fəaliyyəti mühüm əhəmiyyət daşıyır

image-legitimaz-810x90

Şəhid ailələrinə və qazilərə göstərilən qayğıda dövlət və cəmiyyətin birgə fəaliyyəti mühüm əhəmiyyət daşıyır

 

Şəhid ailələrinə və qazilərə göstərilən qayğının əsas məqsədi yalnız maddi yardım göstərmək olmamalıdır. Əsas məqsəd onların cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmaqdır.

Qazi özünü cəmiyyət üçün faydalı hiss etməli, işləmək, təhsil almaq, biznes fəaliyyəti ilə məşğul olmaq və ictimai həyatda iştirak etmək imkanlarına malik olmalıdır. Şəhid ailələrinin övladları da digər gənclər kimi keyfiyyətli təhsil almaq, peşə sahibi olmaq və öz gələcəklərini qurmaq imkanına sahib olmalıdırlar. Buna görə də sosial müdafiə tədbirlərinə geniş yanaşmaq lazımdır.

Qazilərimizin həyatının müharibədən sonrakı dövrdə düzgün qurulması üçün onların məşğulluğunun təmin edilməsi də vacib məsələlərdəndir. Sağlamlıq imkanları yol verdiyi halda qazilərin əmək fəaliyyətinə cəlb olunması həm onların sosial vəziyyətinə, həm də psixoloji durumuna müsbət təsir göstərə bilər. Qazilər müxtəlif sahələrdə öz bilik və bacarıqlarından istifadə edə bilərlər. Onların peşə hazırlığına, yeni ixtisaslara yiyələnməsinə və məşğulluq imkanlarının genişləndirilməsinə yaradılan şərait cəmiyyət üçün də faydalıdır. Vətən uğrunda döyüşmüş insanın müharibədən sonra da cəmiyyətin fəal üzvü kimi özünü təsdiq etməsi mühüm əhəmiyyət daşıyır.

Şəhid ailələrinə qayğı yalnız dövlət qurumlarının və fondların işi deyil. Bu, bütün cəmiyyətin mənəvi məsuliyyətidir. Şəhid ailəsinin qapısını döymək, onların vəziyyəti ilə maraqlanmaq, əlamətdar günlərdə onları yad etmək, övladlarının təhsil və sosial məsələlərinə diqqət göstərmək xalqımızın mənəvi dəyərlərinin göstəricisidir. Ən əsası isə şəhid ailələrinə daim hörmətlə yanaşmaqdır. Şəhid ailəsi bilməlidir ki, onun övladı və ya həyat yoldaşı Vətən uğrunda həyatını fəda edib və xalqımız onların fədakarlığını heç vaxt unutmayacaq.

Şəhidlərin adlarının əbədiləşdirilməsi, onların həyat və döyüş yollarının öyrənilməsi, gənc nəslə çatdırılması böyük əhəmiyyət daşıyır. Məktəblərdə şəhidlərin həyatına həsr olunmuş tədbirlərin keçirilməsi, onların adını daşıyan məktəb və küçələrdə xatirə tədbirlərinin təşkili milli yaddaşımızın qorunmasına xidmət edir.

Şəhidlərin həyat yolu gənclərə Vətən sevgisinin, fədakarlığın və məsuliyyətin nə olduğunu göstərir. Bu baxımdan şəhidlərimizin xatirəsinin yaşadılması təkcə keçmişə ehtiram deyil, həm də gələcək nəsillərin tərbiyəsidir.

Şəhid ailələrinə və qazilərə göstərilən qayğıda dövlət və cəmiyyətin birgə fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Dövlət müxtəlif sosial proqramlar həyata keçirir, müvafiq qurumlar və fondlar müraciətləri araşdırır, vətəndaşlar isə öz ianələri və digər təşəbbüsləri ilə bu işə dəstək verirlər. “YAŞAT” Fondunun fəaliyyətinin mühüm xüsusiyyətlərindən biri də məhz vətəndaşların həmrəylik istəyini vahid platformada birləşdirməsidir. Fondun fəaliyyəti ilə bağlı hesabatlılıq və şəffaflıq mexanizmləri də nəzərdə tutulub. Bu həmrəylik Vətən müharibəsi dövründə olduğu kimi, müharibədən sonrakı dövrdə də Azərbaycan xalqının birlik nümayiş etdirdiyini göstərir.

 

Eltun Məmmədli- Zərdab şəhər sakini, fəal fənc

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki