image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-2

Azərbaycan xalqı işğalla heç zaman barışmamışdır

image-legitimaz-810x90

Azərbaycan xalqı işğalla heç zaman barışmamışdır.

 

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında xüsusi yeri olan günlərdəndir. Bu tarix Vətən müharibəsinin başladığı gün kimi yanaşı, torpaqlarımızın azadlığı uğrunda həyatını fəda edən şəhidlərimizin xatirəsini ehtiramla yad etdiyimiz gündür.

Azərbaycan xalqı uzun illər ərzində torpaqlarının işğal altında qalması ilə heç zaman barışmayıb. Məcburi köçkün düşmüş ailələr doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayıb, bütün xalq bu arzunu bölüşüb. Qarabağ və digər işğal olunmuş ərazilərimiz hər zaman milli yaddaşımızın ayrılmaz hissəsi olub.

İllər ərzində Azərbaycan dövləti öz ərazi bütövlüyünün bərpası istiqamətində ardıcıl siyasət həyata keçirib. Ölkəmizin güclənməsi, ordumuzun inkişaf etdirilməsi və xalqımızın həmrəyliyi qarşıya qoyulan məqsədlərə çatmaq üçün mühüm amillərdən olub. Vətən müharibəsi Azərbaycan xalqının birlik və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Həmin günlərdə cəmiyyətin bütün təbəqələri bir amal ətrafında birləşərək ordumuza mənəvi dəstək göstərdi. Azərbaycan əsgərləri isə böyük şücaət və fədakarlıq nümayiş etdirərək Vətən qarşısında öz borclarını yerinə yetirdilər.

Bu mübarizədə şəhid olan qəhrəmanlarımızın hər birinin həyat hekayəsi xalqımız üçün qiymətlidir. Onlar öz canlarını Vətənin azadlığı naminə fəda etdilər. Bu gün onların adları hörmətlə çəkilir, xatirələri ailələri, yaxınları və bütün Azərbaycan xalqı tərəfindən yaşadılır. 27 Sentyabr həm də gələcək nəsillərə Vətən sevgisinin, birlik və həmrəyliyin əhəmiyyətini çatdıran bir gündür. Şəhidlərimizin keçdiyi yol, göstərdikləri qəhrəmanlıq və Vətənə bağlılıqları gənclərimiz üçün örnəkdir. Anım Günü münasibətilə şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik. Onların fədakarlığı Azərbaycan tarixində daim yaşayacaq, adları isə xalqımızın yaddaşından heç zaman silinməyəcək.

 

 

Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru-Rəşad İsmayılov

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki