image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

Azərbaycan uzun illərdir regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkələrdən biridir

image-legitimaz-810x90

Azərbaycan uzun illərdir regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkələrdən biridir

 

Kiçik və orta biznes iqtisadiyyatın inkişafında, əhalinin məşğulluğunun təmin olunmasında və yerli istehsalın artırılmasında mühüm yer tutur. Bu baxımdan Azərbaycan və Böyük Britaniya arasında sahibkarlıq sahəsində təcrübə mübadiləsinin aparılması, kiçik və orta müəssisələrin maliyyə imkanlarının genişləndirilməsi, onların yeni bazarlara çıxışının asanlaşdırılması vacib istiqamətlərdəndir. Sahibkarların beynəlxalq əməkdaşlıq imkanlarının artması rəqabətqabiliyyətli məhsulların istehsalına və xidmətlərin keyfiyyətinin yüksəlməsinə də müsbət təsir göstərə bilər.

Sənəddə xüsusi diqqət ayrılan məsələlərdən biri də regional və beynəlxalq nəqliyyat əlaqələrinin inkişafıdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizə Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika mərkəzlərindən biri olmaq imkanı verir. Bu imkanlardan səmərəli istifadə etmək məqsədilə nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, dəmir yollarının, avtomobil yollarının, limanların və logistika mərkəzlərinin inkişafı mühüm əhəmiyyət daşıyır.

Bu baxımdan Orta Dəhlizin inkişafı xüsusi önəm kəsb edir. Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən mühüm nəqliyyat marşrutlarından biridir. Bu marşrut vasitəsilə yüklərin daha sürətli və səmərəli şəkildə daşınması, beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsi və region ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi mümkündür. Azərbaycanın bu nəqliyyat dəhlizində mühüm mövqeyə malik olması ölkəmizin beynəlxalq iqtisadi əlaqələrini daha da genişləndirir.

Orta Dəhlizin inkişafı yalnız nəqliyyat sahəsi üçün deyil, ümumilikdə ölkə iqtisadiyyatı üçün böyük imkanlar yaradır. Yükdaşımaların artması logistika, anbar təsərrüfatı, xidmət, ticarət və digər sahələrin inkişafına təkan verir. Eyni zamanda, yeni infrastruktur layihələrinin həyata keçirilməsi əlavə investisiyaların cəlb olunmasına, yeni iş yerlərinin açılmasına və ölkənin tranzit potensialının artmasına şərait yaradır. Böyük Britaniya ilə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın beynəlxalq nəqliyyat sistemində mövqeyinin daha da möhkəmlənməsinə kömək edə bilər.

Digər mühüm istiqamət enerji sahəsində əməkdaşlıqdır. Azərbaycan uzun illərdir regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkələrdən biridir. Ölkəmizin zəngin enerji ehtiyatları və bu sahədə həyata keçirdiyi beynəlxalq layihələr Azərbaycanı etibarlı enerji tərəfdaşına çevirib. Bununla yanaşı, müasir dövrdə enerji siyasətinin əsas istiqamətlərindən biri də ənənəvi enerji mənbələri ilə yanaşı, bərpaolunan enerji potensialından səmərəli istifadə etməkdir.

Bəyannamədə bərpaolunan enerjinin inkişafı, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyaların tətbiqi məsələlərinə xüsusi yer verilməsi təsadüfi deyil. Çünki iqlim dəyişikliyi, ətraf mühitin qorunması və enerji resurslarından səmərəli istifadə bu gün bütün dünya üçün aktual məsələlərdəndir. Günəş və külək enerjisi kimi təmiz enerji mənbələrinin inkişaf etdirilməsi gələcəkdə enerji istehsalının daha dayanıqlı olmasına, ətraf mühitə mənfi təsirlərin azalmasına və enerji təhlükəsizliyinin güclənməsinə imkan yaradır.

 

İman Əsədli – Dəkkəoba kənd sakini, fəal gənc

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki