Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının “Sarıcalar” ərazi partiya təşkilatında Prezident, partiyanın Sədri cənab İlham Əliyevin VIII qurultayındakı nitqində irəli sürülən məsələlər və qarşıdakı dövr üçün müəyyən etdiyi fəaliyyət istiqamətlərinə həsr olunmuş tədbir keçirilib.
Xeberaz.info xəbər verir ki, tədbir iştirakçıları ilk öncə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən YAP Saatlı rayon təşkilatının əməkdaşı Kənan İslamov diqqətə çatdırdı ki, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsi üzərində qərar tutan Yeni Azərbaycan Partiyası yaranışından etibarən respublikamızın ictimai-siyasi sabitliyinin, sosial-iqtisadi yüksəlişinin və dövlət suverenliyinin sarsılmaz sütununa çevrilmişdir. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən liderliyi sayəsində ölkəmiz şanlı zəfərlərə qovuşaraq öz torpaq bütövlüyünü və tam suverenliyini reallığa çevirmişdir.
Daha sonra çıxış edən “Sarıcalar” ərazi partiya təşkilatının sədri Xanım İsgəndərova bildirdi ki, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu təhsil siyasəti və gənclərin intellektual inkişafına göstərilən qayğı bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə müasir təhsil infrastrukturunun qurulması, məktəblərin modernləşdirilməsi və savadlı gənc nəslin yetişdirilməsi dövlətimizin parlaq gələcəyinə və Yeni Azərbaycan Partiyasının milli inkişaf xəttinə xidmət edir.
Tədbir iştirakçıları – Vüsal Məmmədov və Ramil Mehdiyev vurğuladılar ki, yüksək bilik və bacarıqlara yiyələnən gənclərimizin yetişdirilməsi dövlətimizin qüdrətlənməsinə və milli tərəqqimizə böyük töhfə verir.
Görüşün sonunda ərazi partiya təşkilatının cari işləri nəzərdən keçirilib və qarşıdakı dövr üçün müvafiq fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
























