ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması planında Kiyevin nəzarətində olan ərazilərdə Avropa qoşunlarının yerləşdirilməsi barədə bənd ola bilər.
”Xeberaz.info” xəbər verir ki, bu barədə “Nyu York Post” mənbəyə istinadla məlumat yayıb.
“Planın ən çətin hissəsi təhlükəsizlik qüvvələrinin necə görünəcəyidir. Biz onları dayanıqlı qüvvələr adlandırırıq. Bu, ukraynalıların istədiyi təhlükəsizlik zəmanətlərinin bir hissəsidir və ümid edirik ki, onlar bu zəmanətləri əldə edəcəklər”, – məlumatda qeyd olunub.
Bundan əlavə, atəşkəs rejiminə nəzarət etmək üçün Rusiya, Ukrayna və NATO üzvü olmayan üçüncü ölkənin nümayəndələrinin daxil olacağı birgə komissiyanın yaradılması məsələsinə baxılır.