image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17903992186463947689_1200x630

Bizim artıq 250 meqavatlıq ehtiyatımız var, lakin bu, sadəcə başlanğıcdır

image-legitimaz-810x90

Bizim artıq 250 meqavatlıq ehtiyatımız var, lakin bu, sadəcə başlanğıcdır

 

Azərbaycanın enerji strategiyasında bərpaolunan enerji mənbələrinin inkişafı prioritet istiqamətlərdən biri kimi xüsusi əhəmiyyət daşıyır. Ölkənin mövcud enerji potensialından səmərəli və dayanıqlı şəkildə istifadə edilməsi yalnız ənənəvi enerji resurslarının hasilatı ilə məhdudlaşmır. Qarşıdakı dövrdə bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalının artırılması, ötürmə infrastrukturunun inkişaf etdirilməsi və enerji akkumulyasiyası imkanlarının genişləndirilməsi Azərbaycanın enerji sisteminin dayanıqlılığının və çevikliyinin təmin edilməsində mühüm rol oynayacaqdır.

Bərpaolunan enerji sahəsində həyata keçirilən siyasət yalnız yeni generasiya güclərinin yaradılmasını deyil, həmçinin istehsal olunan enerjinin etibarlı və səmərəli şəkildə ötürülməsini, saxlanılmasını və zəruri hallarda istifadəyə yönəldilməsini təmin edən infrastrukturun formalaşdırılmasını da əhatə edir. Bu baxımdan, ötürücülük və enerji akkumulyasiyası imkanlarının inkişaf etdirilməsi bərpaolunan enerji mənbələrinin vahid enerji sisteminə səmərəli inteqrasiyası və enerji təchizatının etibarlılığının artırılması üçün mühüm şərtdir.

Azərbaycanın bu istiqamətdə artıq müəyyən imkanları formalaşmışdır. Hazırda ölkənin 250 meqavat həcmində ehtiyat enerji gücünün mövcud olması bu sahədə həyata keçirilən tədbirlərin ilkin nəticələrindən biri kimi qiymətləndirilə bilər. Bununla belə, qarşıdakı mərhələdə əsas hədəf bərpaolunan enerji mənbələri hesabına istehsal güclərinin daha da artırılması, yeni enerji layihələrinin reallaşdırılması və yaradılan güclərin vahid enerji sisteminə səmərəli şəkildə inteqrasiyasının təmin edilməsidir.

Azərbaycanın enerji siyasətinin mühüm istiqamətlərindən biri ölkənin elektrik enerjisinin mühüm təchizatçılarından birinə çevrilməsidir. Bu məqsəd yalnız mövcud istehsal güclərinin artırılmasını deyil, eyni zamanda enerji infrastrukturunun modernləşdirilməsini, ötürücü sistemlərin gücləndirilməsini və enerji saxlama imkanlarının genişləndirilməsini tələb edir. Bu sahədə həyata keçiriləcək layihələr Azərbaycanın regional enerji sistemində rolunun daha da güclənməsinə şərait yarada bilər.

Azərbaycan artıq enerji resurslarının ixracı sahəsində mühüm təcrübəyə malikdir. Neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları və gübrə ölkənin ixrac etdiyi əsas məhsullar sırasındadır. Ölkəmiz regionda bütün bu məhsulları ixrac edən azsaylı ölkələrdən biridir. Bu ixrac potensialına elektrik enerjisinin əlavə edilməsi Azərbaycanın enerji sektorunun şaxələndirilməsi baxımından yeni imkanlar yarada bilər.

Bərpaolunan enerji potensialının inkişaf etdirilməsi Azərbaycanın investisiya imkanlarını da genişləndirəcəkdir. Yeni enerji layihələrinin həyata keçirilməsi xarici və yerli investisiyaların cəlb olunmasına, müasir texnologiyaların tətbiqinə və enerji sektorunda yeni iş yerlərinin yaradılmasına şərait yarada bilər.

Elektrik enerjisinin ixracı, xüsusilə də Avropanın premium enerji bazarlarına çıxış Azərbaycanın enerji təhlükəsizliyini, bağlantıları və qarşılıqlı asılılığı daha da gücləndirəcək. Bu baxımdan, bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr yalnız yeni enerji istehsal güclərinin yaradılması kimi deyil, Azərbaycanın uzunmüddətli enerji strategiyasının mühüm tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.

 

 

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki