Xəzər dənizinin Azərbaycan sektorunda biz 157 giqavatlıq enerji potensialına malikik.
Bərpaolunan enerji layihələri işğaldan azad edilmiş ərazilərin inkişafında da xüsusi yer tutur. Qarabağ və Şərqi Zəngəzurda günəş, külək və su enerjisindən istifadə üçün böyük imkanlar mövcuddur. Bu ərazilərin “yaşıl enerji zonası” kimi inkişaf etdirilməsi həm müasir infrastrukturun yaradılmasına, həm də Azərbaycanın ümumi enerji sistemində bərpaolunan mənbələrin payının artırılmasına xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasətin mühüm istiqamətlərindən biri də Azərbaycanın yalnız yaşıl enerji istehsal edən deyil, eyni zamanda onu xarici bazarlara çıxaran ölkəyə çevrilməsidir. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji sahəsində əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Xəzər dənizində istehsal olunacaq elektrik enerjisinin gələcəkdə yeni ötürücü xətlər vasitəsilə Avropa bazarlarına çatdırılması Azərbaycanın enerji ixracının strukturunda yeni istiqamətin yaranmasına səbəb ola bilər. Prezident İlham Əliyev Azərbaycanın Avropanın mühüm elektrik enerjisi, xüsusilə yaşıl enerji təchizatçısına çevrilmək planını açıqlayıb. Bu proses Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Əgər əvvəlki dövrlərdə əsas diqqət neft və qazın hasilatı, emalı və dünya bazarlarına nəqlinə yönəlirdisə, hazırda bu siyasətə yaşıl enerjinin istehsalı və ixracı da əlavə olunur. Beləliklə, Azərbaycanın enerji ixracının gələcək modeli daha çoxşaxəli xarakter almağa başlayır. Bərpaolunan enerjinin inkişafı eyni zamanda ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir. Müxtəlif enerji mənbələrindən istifadə elektrik enerjisi istehsalında dayanıqlılığı artırır. Günəş və külək enerjisinin geniş tətbiqi isə uzunmüddətli perspektivdə təbii resurslardan daha səmərəli istifadə etməyə imkan verir. Qarşıdakı illərdə Azərbaycanın enerji sistemində günəş və külək enerjisinin payının daha da artacağı gözlənilir. Bunun üçün yeni generasiya güclərinin yaradılması ilə yanaşı, elektrik ötürücü şəbəkələrin genişləndirilməsi və modernləşdirilməsi də vacibdir. Çünki istehsal olunan yaşıl enerjinin həm ölkənin müxtəlif bölgələrinə, həm də gələcəkdə xarici bazarlara çatdırılması üçün müasir və güclü enerji infrastrukturu tələb olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın enerji siyasətində müəyyənləşdirilən bu strateji xətt ölkənin gələcək inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Xəzərin Azərbaycan sektorunda 157 giqavatlıq külək potensialının mövcudluğu, quruda günəş və külək enerjisi layihələrinin genişləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji imkanlarından istifadə və Avropaya elektrik enerjisi ixracı ilə bağlı layihələr Azərbaycanın qarşısında geniş perspektivlər açır. Nəticə etibarilə, Azərbaycanın enerji siyasətində yeni mərhələ formalaşır. Ölkə bir tərəfdən neft və qaz ehtiyatlarından səmərəli istifadə edərək enerji təhlükəsizliyini və ixrac imkanlarını qoruyur, digər tərəfdən isə bərpaolunan enerji mənbələrinin inkişafına böyük diqqət yetirir. Bu siyasətin əsas məqsədlərindən biri elektrik enerjisi istehsalında təbii qazdan istifadənin azaldılması və qənaət olunan qazın ixrac üçün yönəldilməsidir. Eyni zamanda, günəş və külək enerjisinin hesabına yeni elektrik istehsalı güclərinin yaradılması Azərbaycanın gələcəkdə yaşıl enerji ixracatçısı kimi mövqeyini gücləndirə bilər. Xəzər dənizinin Azərbaycan sektorundakı 157 giqavatlıq külək potensialı bu baxımdan ölkənin qarşısında duran ən böyük imkanlardan biridir. Bu potensialın mərhələli şəkildə reallaşdırılması ilə Azərbaycan ənənəvi enerji resurslarının zənginliyini qoruyaraq, eyni zamanda yaşıl enerji sahəsində də yeni mövqelər qazana bilər. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti də məhz bu iki istiqamətin — mövcud enerji imkanlarının qorunması və yeni yaşıl enerji potensialının yaradılmasının — paralel inkişafına əsaslanır. Bu isə Azərbaycanın gələcək enerji xəritəsində daha geniş imkanlara malik ölkə kimi mövqeyinin möhkəmlənməsinə şərait yaradır.
Veteran müəllim Etibar Niftəliyev

















