image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-4

Azərbaycanın regionda rəqəmsal transformasiya və fəaliyyət mərkəzinə çevrilməsi ilə bağlı bir neçə istiqamət üzrə fəaliyyət göstəririk

image-legitimaz-810x90

Azərbaycanın regionda rəqəmsal transformasiya və fəaliyyət mərkəzinə çevrilməsi ilə bağlı bir neçə istiqamət üzrə fəaliyyət göstəririk.

 

Rəqəmsal texnologiyaların sürətli inkişafı müasir iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Bu reallıq ölkələrin qarşısında yeni imkanlarla yanaşı, müasir çağırışlara uyğunlaşmaq və insan kapitalını inkişaf etdirmək kimi mühüm vəzifələr qoyur. Azərbaycan da rəqəmsal transformasiya prosesini iqtisadi inkişafın prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirərək bu sahədə ardıcıl addımlar atır.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə Prezident İlham Əliyevin rəqəmsal inkişafla bağlı səsləndirdiyi fikirlər Azərbaycanın qarşıya qoyduğu hədəflərin miqyasını göstərir. Rəqəmsal texnologiyaların müxtəlif sahələrə tətbiqi, yeni nəsil mütəxəssislərin hazırlanması və kibertəhlükəsizliyin təmin olunması bu istiqamətdə həyata keçirilən işlərin əsas komponentləri sırasındadır.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə cənab Prezident İlham Əliyev Azərbaycanın rəqəmsal transformasiya sahəsində qarşıya qoyduğu hədəflərdən danışarkən məsələnin ilk növbədə insan kapitalı ilə bağlı olduğunu vurğulayıb. “Azərbaycanın regionda rəqəmsal transformasiya və fəaliyyət mərkəzinə çevrilməsi ilə bağlı bir neçə istiqamət üzrə fəaliyyət göstəririk. Əlbəttə, bunlardan biri potensialın, kadr imkanlarının formalaşdırılmasıdır və hazırda təhsil sahəsində çox iş görülür. Artıq bir müddətdir ki, fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi bu istiqamətdə atılmış ilk mühüm addım idi. Çünki təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir” fikirləri bu strategiyanın mərkəzində insan kapitalının dayandığını göstərir.

Rəqəmsal iqtisadiyyatın inkişafı yalnız texnologiyaların ölkəyə gətirilməsi ilə məhdudlaşmır. Bu proses üçün həmin texnologiyalardan istifadə edə bilən, yeni həllər yaradan və müasir çağırışlara cavab verən peşəkar kadrların hazırlanması vacib şərtdir. Bu baxımdan təhsil sistemi ilə rəqəmsal iqtisadiyyatın tələbləri arasında əlaqənin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Kibertəhlükəsizlik də rəqəmsal transformasiyanın ayrılmaz hissəsidir. Dövlət qurumlarının, biznes strukturlarının və vətəndaşların rəqəmsal mühitdən istifadəsinin genişləndiyi bir vaxtda informasiya sistemlərinin qorunması, məlumatların təhlükəsizliyinin təmin edilməsi və bu sahədə ixtisaslaşmış mütəxəssislərin yetişdirilməsi strateji əhəmiyyət kəsb edir. Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti bu baxımdan peşəkar kadrların hazırlanması istiqamətində mühüm platformalardan biri kimi çıxış edir.

Azərbaycanın qarşısında duran məqsəd rəqəmsal imkanlardan yalnız daxili inkişaf üçün deyil, regional əməkdaşlıq və yeni iqtisadi əlaqələrin qurulması üçün də istifadə etməkdir. Bunun üçün texnoloji infrastrukturla yanaşı, bilik və bacarıqlara malik insan resurslarının formalaşdırılması əsas şərtlərdən biridir. Azərbaycanın regionda rəqəmsal transformasiya və fəaliyyət mərkəzinə çevrilməsi istiqamətində görülən işlər bir neçə mühüm sahəni əhatə edir. Təhsilin inkişafı, peşəkar kadrların hazırlanması, kibertəhlükəsizlik imkanlarının genişləndirilməsi və müasir texnologiyaların tətbiqi bu prosesin əsas dayaqlarıdır. Bu sahələr üzrə həyata keçirilən tədbirlər Azərbaycanın rəqəmsal gələcəyinin formalaşdırılmasına və ölkənin regional texnologiya məkanında mövqeyinin möhkəmlənməsinə xidmət edir.

 

Çinarə Mehrəliyeva – Zərdab Peşə liseyinin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki