image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Biz böyük Mərkəzi Asiya regionunun bir hissəsiyik

image-legitimaz-810x90

Biz böyük Mərkəzi Asiya regionunun bir hissəsiyik.

 

Azərbaycanın son illərdə həyata keçirdiyi regional siyasət, nəqliyyat və logistika layihələri ölkənin beynəlxalq iqtisadi əlaqələr sistemində rolunu əhəmiyyətli dərəcədə genişləndirib. Xüsusilə Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin inkişafı Azərbaycanın Avropa ilə Asiya arasında mühüm bağlantı nöqtələrindən birinə çevrilməsi baxımından yeni imkanlar yaradıb.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə cənab Prezident İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin yeni mərhələsinə diqqət çəkib. Dövlət başçısının fikirlərindən aydın olur ki, Azərbaycan özünün coğrafi mövqeyi ilə yanaşı, siyasi, iqtisadi və nəqliyyat imkanları baxımından da daha geniş regional əməkdaşlıq məkanının fəal iştirakçısı kimi çıxış edir.

Prezident İlham Əliyev çıxışı zamanı qeyd edib: “Ötən ilin noyabrından etibarən Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasının tamhüquqlu üzvüdür. Əslində bu, misli görünməmiş bir hadisədir. Çünki coğrafi baxımdan Qafqazda yerləşsək də, siyasi, iqtisadi və nəqliyyat nöqteyi-nəzərindən biz artıq böyük Mərkəzi Asiya regionunun bir hissəsiyik. Bundan əlavə, nəqliyyat sahəsində idarəetmə və rəqəmsallaşma, gömrük idarəçiliyi – bütün bunlar investorlar üçün aydın və başa düşüləndir. Azərbaycandakı qaydalar və tənzimləmələr, bütün bunlar bizim potensialımızı daha da gücləndirəcək. Regionumuzdakı geosiyasi vəziyyət dəyişib, beş il əvvəlki vəziyyətə qayıtsa belə, biz hələ də təchizatçılar üçün cəlbedici olmalıyıq”.

Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi təkcə siyasi əməkdaşlıqla məhdudlaşmır. Nəqliyyat, logistika, ticarət, rəqəmsal texnologiyalar və gömrük idarəçiliyi kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi yeni iqtisadi imkanların yaranmasına şərait yaradır.

Azərbaycanın coğrafi mövqeyi bu prosesdə xüsusi əhəmiyyət daşıyır. Ölkə Şərqlə Qərb arasında nəqliyyat əlaqələrinin təmin edilməsində mühüm rol oynayır. Xüsusilə Orta Dəhliz üzrə yükdaşımaların genişləndirilməsi Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə Avropa arasında əlaqələrin mühüm halqalarından birinə çevirir. Bu istiqamətdə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və logistika imkanlarının artırılması ölkənin tranzit potensialının daha səmərəli istifadəsinə imkan yaradır.

İnvestorlar üçün əlverişli mühitin formalaşdırılması da Azərbaycanın regional imkanlarının mühüm hissəsidir. Nəqliyyat sistemində rəqəmsallaşma, gömrük prosedurlarının təkmilləşdirilməsi və idarəetmədə müasir texnologiyaların tətbiqi yükdaşımaların sürətinə və səmərəliliyinə təsir edən əsas amillərdəndir. Bu sahələrdə həyata keçirilən islahatlar Azərbaycanın tranzit və logistika imkanlarının daha geniş coğrafiyada tanınmasına xidmət edir.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv olması regional əməkdaşlığın yeni formatının formalaşdığını göstərən mühüm hadisə kimi qiymətləndirilir. Bu əməkdaşlıq çərçivəsində nəqliyyat və logistika ilə yanaşı, enerji, ticarət, rəqəmsal iqtisadiyyat və investisiya sahələrində də yeni layihələrin reallaşdırılması üçün imkanlar mövcuddur.

Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin dərinləşməsi ölkənin regional iqtisadi rolunun daha da genişlənməsi üçün yeni perspektivlər açır. Qafqazda yerləşən Azərbaycan siyasi, iqtisadi və nəqliyyat əlaqələri baxımından Mərkəzi Asiya ilə Avropa arasında mühüm körpülərdən biri kimi çıxış edir.

 

Babək Mikayılov – Zərdab Peşə liseyinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki