image-naci-gorur

Görürdən təcili açıqlama: Böyük zəlzələ gəlir

Türkiyəli geoloq Naci Görür İstanbulda baş verən güclü zəlzələnin böyük zəlzələnin xəbərçisi olduğunu deyib.

”Xeberaz.info” xəbər verir ki, geoloq bu barədə Türkiyə mətbuatına açıqlamasında bildirib.

“Bu, “baş verdi, bitdi, keçdi” deyiləcək bir zəlzələ deyil. Türkiyə heç vaxt dəyişməməli olan gündəmini bir daha xatırladı. Bu zəlzələ deyir ki, böyük zəlzələ gəlir. Mən İstanbulla bağlı rəsmiləri bir daha xəbərdar edirəm. Bizim itirməyə artıq vaxtımız yoxdur”, – deyə geoloq bildirib.

Sosial şəbəkə hesabında isə Görür Silivri sahillərindəki zəlzələnin Kumburqaz fay xəttində baş verdiyini vurğulayıb:

“Bu, kilidli faydır, enerji toplayır. Tez-tez də kiçik zəlzələlər olur. Diqqətli olmaq lazımdır. Kumbarqaz fayı yüklənir”.

Qeyd edək ki, bu gün İstanbulun Silivri sahillərində ard-arda zəlzələlər baş verib. Zəlzələlərin ən güclüsü 6,2 bal gücündə olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki