image-fb_img_1745420593664

“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçirilib-FOTOLAR

23 aprel 2025-ci il tarixində Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhərində “Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışı üzrə regional mərhələsi təşkil olunub.

Xeberaz.info” xəbər verir ki, yarışda Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX, X və XI sinif şagirdlərindən ibarət 7 komanda iştirak edib. Gərgin və maraqlı atmosferdə baş tutan bilik yarışının yekununda Mingəçevir şəhərini təmsil edən komanda birinci yerə layiq görülərək respublika mərhələsində iştirak hüququ əldə edib.

Qeyd edək ki, “Zəkaların mübarizəsi” olimpiadası şagirdlərin intellektual potensialının aşkara çıxarılması, onların müxtəlif sahələrdə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. Olimpiada həmçinin iştirakçıların komanda işi, ünsiyyət, liderlik, analitik və məntiqi düşünmə, planlaşdırma eləcə də strategiya qurma bacarıqlarını da stimullaşdırır. Bununla yanaşı, sağlam rəqabət və regionlararası əməkdaşlıq mühitinin formalaşmasına da töhfə verir.

Qeyd etmək istərdik ki, yarış çərçivəsində şagirdlər riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, intellektual oyunlar, mədəniyyət və incəsənət sahələri üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər.

image-fb_img_1745420593664 image-fb_img_1745420596513 image-fb_img_1745420600505 image-fb_img_1745420603645 image-fb_img_1745420606262 image-fb_img_1745420613655 image-fb_img_1745420622285 image-fb_img_1745420624917 image-fb_img_1745420627572 image-fb_img_1745420630446 image-fb_img_1745420633220 image-fb_img_1745420636041 image-fb_img_1745420638448 image-fb_img_1745420641506 image-fb_img_1745420644115 image-fb_img_1745420646489 image-fb_img_1745420650577 image-fb_img_1745420655821 image-fb_img_1745420662916 image-fb_img_1745420666540 image-fb_img_1745420671983


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki