Mərkəzi Aran Regional Təhsil İdarəsində 2025–2026-cı tədris ili üzrə keyfiyyət fəaliyyət planının icra vəziyyətinə həsr olunmuş görüş keçirilmişdir.
Xeberaz.info xəbər verir ki, görüşdə idarənin müdir müavini Cavad Cavadov, Tədrisin keyfiyyəti sektorunun müdiri Anar Şəfiyev və sektorun əməkdaşları iştirak etmişlər. Tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin mövcud vəziyyəti geniş şəkildə təhlil olunmuş, fəaliyyət planı üzrə görülmüş işlərin nəticələri ətraflı müzakirə edilmişdir.
Sektor əməkdaşlarının iş bölgüsünə uyğun olaraq təqdim etdikləri hesabatlar dinlənilmiş, əldə olunan nəticələr qiymətləndirilmiş və mövcud çətinliklərə dair fikir mübadiləsi aparılmışdır. Eyni zamanda, tədris ilinin qalan dövrü üçün prioritet istiqamətlər müəyyənləşdirilmiş, fəaliyyətin daha səmərəli təşkili məqsədilə müvafiq tapşırıqlar verilmişdir.
Görüş çərçivəsində səsləndirilən rəy və təkliflər nəzərə alınaraq, keyfiyyət fəaliyyət planının icrasının daha da təkmilləşdirilməsi və təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində zəruri tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanmışdır.



























