Zaqatalada doğuş zamanı körpə ölümü baş verib.
Xeberaz.info xəbər verir ki, hadisə bu gün səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) qeydə alınıb.
Rayonun Muxax kənd sakini 33 yaşlı Günel Kamil qızı Əliyeva bu gün səhər saat 08 radələrində doğuş sancıları ilə Zaqatala RMX-nın doğum şöbəsinə müraciət edib. G.Əliyevanın ailə üzvlərinin verdiyi məlumata görə, qadın xəstəxanaya daxil olduğu zaman həkimlər tərəfindən təcili qeysəriyə əməliyyatı aparılması haqqında qərar qəbul olunub.
Zaqatala RMX-nın mama-ginekoloqları Rəna Sultanova və Mehriban Hüseynova tərəfindən qeysəriyə əməliyyatı aparılıb. Əməliyyat zamanı yeni dünyaya gələn oğlan uşağı ölüb. Ailə üzvlərinin sözlərinə görə, son müayinələrdə körpənin ana bətnində normal olması bildirilirdi.
Yeni doğulan körpənin ölümümün dəqiq səbəbini öyrənmək məqsədi ilə meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.