Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi
Azərbaycanın müasir tarixində ən mühüm hadisələrdən biri ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır. Uzun illər işğal və separatizm problemi ilə üzləşən Azərbaycan öz məqsədinə nail oldu. Bu tarixi nəticə xalqımızın birliyinin, dövlətimizin qətiyyətinin və ordumuzun gücünün göstəricisidir. Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışı Azərbaycanın əldə etdiyi nailiyyətlər və regionda yaranmış yeni reallıqlar baxımından əhəmiyyətlidir. Ölkəmiz hər zaman beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan torpaqları uzun illər işğal altında qalıb. Bu müddətdə yüz minlərlə insan doğma yurdlarından didərgin düşüb, şəhər və kəndlərimiz dağıdılıb. Ölkəmiz münaqişənin sülh yolu ilə həlli üçün uzun illər çalışsa da, nəticə əldə olunmayıb. 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının böyük hissəsini işğaldan azad edib. Bu qələbə xalqımızın tarixi yaddaşında əbədi qalacaq.
2023-cü il sentyabrın 19–20-də keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası istiqamətində mühüm mərhələ tamamlandı. Bununla da ölkəmiz öz ərazisində konstitusiya quruluşunun bərpası üçün şərait yaratdı. Azərbaycan dövlətinin əsas məqsədi ölkə ərazisində qanunun aliliyini təmin etmək, təhlükəsizliyi qorumaq və bütün vətəndaşların hüquqlarını müdafiə etməkdir. Suverenliyin bərpası yalnız siyasi və hərbi məsələ deyil. Bu, həm də dövlətimizin gələcək inkişafı üçün mühüm əsasdır. Güclü və müstəqil dövlət qurmaq, milli maraqları qorumaq və ölkənin bütün bölgələrində sabitliyi təmin etmək hər bir xalq üçün vacibdir. Azərbaycan bu gün öz ərazisində quruculuq və inkişaf işlərini davam etdirir.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa işləri aparılır. Yeni yollar, məktəblər, xəstəxanalar və yaşayış evləri tikilir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şərait yaradılır. Bu işlər Azərbaycanın gələcəyə inamla baxdığını və azad edilmiş ərazilərdə həyatın yenidən qurulmasına böyük əhəmiyyət verdiyini göstərir. Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi beynəlxalq münasibətlər baxımından da mühüm mesajdır. Dövlətlərin ərazi bütövlüyünə hörmət edilməsi, separatizmin və münaqişələrin qarşısının alınması, problemlərin beynəlxalq hüquq əsasında həlli davamlı sülhün əsas şərtlərindəndir.
Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə səsləndirdiyi fikirlər Azərbaycanın milli maraqlarını və regionda sülhə dair mövqeyini dünya ictimaiyyətinə çatdırmaq baxımından əhəmiyyət daşıyır. AQEM kimi platformalar da dövlətlər arasında dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Azərbaycan xalqı öz tarixinin bu mühüm mərhələsi ilə fəxr edir. Ərazi bütövlüyünün və suverenliyin bərpası dövlətimizin gücünü, xalqımızın iradəsini və milli birliyimizi nümayiş etdirdi. İndi əsas vəzifə bu nailiyyətləri qorumaq, ölkəmizin inkişafını davam etdirmək və gələcək nəsillərə müstəqil, güclü və firavan Azərbaycan miras qoymaqdır.
Zərdab rayon İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva

























