image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Qardaş Qazaxıstan Respublikasının böyük dəstəyi

image-legitimaz-810x90

Qardaş Qazaxıstan Respublikasının böyük dəstəyi

 

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında münasibətlər tarixi köklər, ortaq türk mənəvi irsi, qarşılıqlı etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir. İki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə genişlənən əməkdaşlıq qardaş xalqların həmrəyliyinin möhkəmləndirilməsinə, regional əlaqələrin inkişafına və ortaq maraqların reallaşdırılmasına xidmət edir. Qazaxıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən quruculuq prosesinə verdiyi töhfə bu münasibətlərin konkret nəticələrini nümayiş etdirən mühüm nümunələrdəndir.

Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılması dövlətimizin əsas prioritetlərindən birinə çevrilmişdir. Bu prosesin mühüm istiqamətlərindən biri sosial və humanitar infrastrukturun yaradılması, əhalinin doğma torpaqlarına qayıdışı üçün zəruri şəraitin formalaşdırılması, uşaqların və gənclərin hərtərəfli inkişafına imkan verən müasir mühitin qurulmasıdır. Qardaş Qazaxıstan Respublikasının bu istiqamətdə göstərdiyi dəstək iki ölkə arasında dostluğun və qarşılıqlı həmrəyliyin əməli ifadəsidir. 2024-cü il martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa edilmiş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak etmişlər. Bu hadisə Azərbaycan–Qazaxıstan münasibətlərinin humanitar məzmununu əks etdirən əlamətdar hadisələrdən biri kimi diqqət çəkir. Dövlət başçılarının açılış mərasimində iştirakı layihənin iki ölkə arasında əməkdaşlıq baxımından əhəmiyyətini nümayiş etdirir.

İşğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının görkəmli nümayəndəsi Kurmanqazının adını daşıyan Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması xüsusi rəmzi məna daşıyır. Bu təşəbbüs yalnız müasir yaradıcılıq məkanının inşası deyil, həm də Azərbaycan və Qazaxıstan xalqlarını birləşdirən tarixi-mədəni yaxınlığın, ortaq türk irsinin və qarşılıqlı hörmətin ifadəsidir. Kurmanqazının adının Füzulidəki belə bir mərkəzə verilməsi qazax mədəniyyətinin Azərbaycan ictimaiyyətinə tanıdılması və iki xalq arasında mənəvi əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Uşaq Yaradıcılıq Mərkəzinin əsas missiyası uşaqların yaradıcılıq potensialının üzə çıxarılmasına, istedadlarının inkişafına və asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaqdır. Belə müəssisələrin fəaliyyəti gənc nəslin estetik zövqünün formalaşmasına, milli və ümumbəşəri dəyərlərə hörmət ruhunda yetişməsinə, mədəniyyət və incəsənət sahələrinə marağının artırılmasına imkan verir. Bu baxımdan mərkəz Füzulinin sosial-mədəni həyatının canlandırılmasına və şəhərdə formalaşan yeni ictimai mühitin zənginləşdirilməsinə xidmət edən əhəmiyyətli infrastrukturdur.

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın mühüm xüsusiyyətlərindən biri ortaq tarixi və mədəni irsə verilən önəmdir. Hər iki xalqın türk dünyasına mənsub olması, tarixi-mədəni əlaqələri və oxşar mənəvi dəyərləri dövlətlərarası münasibətlərin inkişafı üçün möhkəm zəmin yaradır. Mədəniyyət və yaradıcılıq sahəsində həyata keçirilən təşəbbüslər bu yaxınlığın qorunmasına, gələcək nəsillərə çatdırılmasına və xalqlar arasında qarşılıqlı anlaşmanın genişlənməsinə töhfə verir.

 

 

Ramiz Səmədzadə- Zərdab rayon Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki