image-1745139059_default

İranda helikopter qəzaya düşdü – Yaralılar var

İranın Qəzvin şəhərində hava limanı yaxınlığında təlim helikopteri qəzaya uğrayıb.

Xeberaz.info “Mehr” agentliyinə istinadən xəbər verir ki, nəticədə pilot və köməkçi pilot xəsarət alıb.

Qəzvin Yanğından Mühafizə İdarəsinin baş direktorunun sözlərinə görə, təlim helikopteri yerli vaxtla saat 09:00 radələrində Qəzvin hava limanına bitişik kənd təsərrüfatı sahəsinə düşüb.

Zərərçəkənlər çoxsaylı bədən xəsarətləri alıblar və hazırda həkim nəzarətindədirlər.

Qəzanın səbəbləri müvafiq orqanlar tərəfindən araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki