image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17816184545292826520_1200x630

İşğal dövründə Azərbaycanın tarixi və dini irsinə də böyük ziyan vurulub

image-legitimaz-810x90

İşğal dövründə Azərbaycanın tarixi və dini irsinə də böyük ziyan vurulub

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarələrinin rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi mühüm hadisə kimi qiymətləndirilə bilər. Görüş zamanı Azərbaycanın keçdiyi tarixi yol, Qarabağ həqiqətləri, milli birlik və həmrəylik, dini və mədəni irsin qorunması, eləcə də regionda sülhün və sabitliyin təmin olunması ilə bağlı bir sıra məsələlərə toxunulub.

Görüşdə diqqət çəkən əsas məsələlərdən biri dini liderlərin Qarabağa səfəri ilə bağlı olub. Nümayəndə heyətinin Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfər etməsi nəzərdə tutulur. Bu səfərlərin xüsusi əhəmiyyəti var. Çünki həmin şəhərlər Azərbaycanın yaxın tarixində baş verən hadisələrin canlı şahidləridir. Burada həm uzun illər davam edən işğalın ağır nəticələrini, həm də hazırda həyata keçirilən böyük quruculuq işlərini görmək mümkündür.

Qarabağa gedən dini liderlər işğal illərində yaşayış məntəqələrinin necə dağıdıldığını, insanların öz doğma torpaqlarından necə didərgin salındığını və tarixi-mədəni irsə hansı zərərin vurulduğunu yerində görə biləcəklər. Eyni zamanda, onlar bu gün həmin ərazilərdə görülən işlərin miqyasına da şahid olacaqlar. Vaxtilə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, yolların, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin yaradılması Qarabağda həyatın yenidən bərpa olunduğunu göstərir. İşğal dövründə Azərbaycanın tarixi və dini irsinə də böyük ziyan vurulub. Prezident İlham Əliyev görüş zamanı bu məsələyə xüsusi diqqət yetirib. Qeyd olunub ki, işğal altında olmuş ərazilərdə 65 məscid tamamilə dağıdılıb, digər dini ibadət yerlərinə və tarixi abidələrə də ciddi ziyan vurulub. Bu faktlar göstərir ki, işğalın nəticələri yalnız dağıdılmış binalarla məhdudlaşmayıb. Azərbaycan xalqının əsrlər boyu yaratdığı tarixi, mədəni və dini irs də böyük zərər görüb. Məscidlərin dağıdılması, qəbiristanlıqların və tarixi abidələrin vəziyyəti həmin dövrün ağır nəticələrindən xəbər verir. Ona görə də Qarabağda aparılan bərpa işləri yalnız yeni binaların tikilməsi demək deyil. Burada məqsəd həm də xalqımızın tarixi yaddaşının və milli-mənəvi dəyərlərinin yenidən yaşadılmasıdır. Azərbaycan 2020-ci ildə Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlayıb. Bu prosesin mühüm istiqamətlərindən biri dini abidələrin bərpasıdır. Ağdam məscidinin bərpasına xüsusi önəm verilməsi də bunun nümunəsidir. İşğaldan azad edilmiş ərazilərdə məscidlərin bərpası və yenilərinin inşası dövlətin tarixi və dini irsə münasibətini göstərən mühüm addımlardandır. Ağdam məscidinin görüşün davam etdiriləcəyi məkanlardan biri kimi seçilməsi də xüsusi məna daşıyır. Çünki Ağdam şəhəri uzun illər ərzində işğalın ən ağır nəticələri ilə üzləşən ərazilərdən biri olub. Bu gün isə Ağdamda tamamilə yeni şəhər qurulur. Vaxtilə dağıntılar içində olan şəhərdə insanların yenidən məskunlaşması üçün bütün lazımi şərait yaradılır. Dini liderlərin Ağdamı görməsi həm keçmişi, həm də bu günü müqayisə etmək baxımından mühüm əhəmiyyət daşıyır. Görüş zamanı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasında xalqın birliyinin də mühüm rol oynadığı vurğulanıb. Azərbaycan xalqı uzun illər ərzində Qarabağ məsələsinin həllini gözləyib. Bu müddət ərzində cəmiyyətin müxtəlif təbəqələri arasında milli həmrəylik qorunub saxlanılıb. 2020-ci ildə Vətən müharibəsi zamanı xalq və dövlət arasında birlik daha aydın şəkildə özünü göstərib.

 

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki