image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fb_img_1746117175149

Mərkəzi Aran Regional Təhsil İdarəsində vətəndaş qəbulu həyata keçirilib-FOTOLAR

image-legitimaz-810x90

1 may tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsində vətəndaş qəbulu həyata keçirilib

Xeberaz.İnfo” xəbər verir ki, may ayının 1-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov idarənin inzibati binasında vətəndaşları qəbul edib. Keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqaviləsinin uzadılması, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciət ediblər. Həmid müəllim qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aidiyyəti üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.

Qeyd etmək istərdik ki, vətəndaşların qəbulu hər həftənin dördüncü günü 15:00-da həyata keçirilir. Qəbula yazılmaq üçün 146-0-3 çağrı mərkəzimizə, info@yevlakh.edu.gov.az ünvanına və ya 051-867-91-66 nömrəsinin votsapına müraciət edə bilərsiniz.

image-fb_img_1746117175149 image-fb_img_1746117178120image-fb_img_1746117180700 image-fb_img_1746117183366 image-fb_img_1746117186171

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki