image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-2

1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti HoŞi Minin Bakıya unudulmaz səfəriiki ölkə arasındakı dostluğumuzun başlanğıc nöqtəsidir

image-legitimaz-810x90

1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti HoŞi Minin Bakıya unudulmaz səfəriiki ölkə arasındakı dostluğumuzun başlanğıc nöqtəsidir.

Azərbaycan-Vyetnam münasibətlərinin təməli hələ XX əsrin ortalarında qoyulub. 1959-cu il iyulun 23-də Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Bakıya səfərə gəlib. Səfər günlərində “Neft Daşları”ndakı neft platformalarını ziyarət edən Ho Şi Min Vyetnamın da dəniz neftinin hasilatında Azərbaycan mütəxəssislərinə ümid bəslədiyini bildirib. 1981-ci ildə Vyetnamın Sovet İttifaqı ilə birgə “Vietsovpetro” müəssisəsinin yaradılmasında 2 minədək azərbaycanlı neftçi mühüm rol oynayıb. Bu prosesə 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini qismində Vyetnama səkkizgünlük səfəri və ölkənin əsas bölgələrini əhatə edən dirçəliş təşəbbüsləri güclü təkan verib. Prezident cənab İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət, Vyetnamın Prezidenti Çıonq Tan Şanqın isə 2015-ci ildə Azərbaycana rəsmi səfərləri ikitərəfli əlaqələrin əsaslarını möhkəmləndirib. Münasibətlərin məntiqi davamı kimi 2025-ci il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, hazırda həm də Vyetnam Sosialist Respublikasının Prezidenti olan To Lamın Azərbaycana dövlət səfəri, səfər çərçivəsində “Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın qəbul edilməsi Bakı-Hanoy münasibətlərini keyfiyyətcə yeni müstəviyə çıxarıb. İndiyədək iki ölkə arasında 30-dan çox sənəd imzalanıb. Energetika, nəqliyyat və investisiyalardan tutmuş müdafiə, elm və təhsilə qədər geniş sahələri əhatə edən bu tərəfdaşlıq İqtisadi, ticari, elmi, texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya, XİN-lərarası siyasi məsləhətləşmələr və parlamentlərarası dostluq qrupları vasitəsilə dəstəklənir. Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstək iki ölkə arasındakı etimadın bariz göstəricisidir. Xüsusilə Vyetnamın 44 günlük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi beynəlxalq hüquqa, BMT-nin müvafiq qətnamələrinə və Azərbaycanın ərazi bütövlüyünə ədalətli mövqe sərgiləməsi ölkəmizdə yüksək qiymətləndirilir. Siyasi dialoqun növbəti mühüm mərhələsi kimi noyabrın 19-21-də Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri nəzərdə tutulur. Səfər ərəfəsində Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib. Ölkə başçısı müsahibəsində bildirib ki, ölkələrimiz arasında ikitərəfli dialoq ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub. Sözsüz ki, bütün bunlar Bakı ilə Hanoy arasında çoxillik siyasi dialoqun bərabərhüquqluluq və qarşılıqlı maraqların nəzərə alınması əsasında dayanıqlı şəkildə dərinləşməsini göstərir.

 

Zərdab rayonu üzrə təhsil sektorunun müdiri – Gülağa İsgəndərov.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki