image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1788174725-6a95612c224ae6a95612c224af17881746366a95612c224aa6a95612c224ac

Sabirabadda əməliyyat: saxlanılan var

image-legitimaz-810x90

Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Xeberaz.info-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 47 yaşlı Taryel Qasımov saxlanılıb.

Onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 55 ədəd narkotik xassəli kol aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki