image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fb_img_1793294964130

YAP Zərdab rayon təşkilatında VIII Qurultayda qarşıya qoyulan vəzifələr müzakirə olunub – FOTOLAR

image-legitimaz-810x90

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlər və qarşıdakı dövr üçün müəyyən edilmiş fəaliyyət istiqamətləri ilə bağlı növbəti görüş YAP Zərdab rayon təşkilatının “Təhsil sektoru” ərazi partiya təşkilatında keçirilib.

Xeberaz.info xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri İlkin Əliyev çıxış edərək Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqində qarşıya qoyulan vəzifələr, partiyanın gələcək fəaliyyət istiqamətləri və bu istiqamətdə həyata keçiriləcək tədbirlərin əhəmiyyəti barədə danışıb.
İlkin Əliyev qeyd edib ki, ölkəmizin davamlı inkişafı, milli maraqların qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi hər bir partiya üzvünün qarşısında mühüm vəzifələr qoyur. O, həmçinin təhsil sahəsində çalışan partiya üzvlərinin üzərinə düşən məsuliyyəti vurğulayaraq, milli-mənəvi dəyərlərin qorunmasının və gənclərin dövlətçilik prinsiplərinə sadiq ruhda tərbiyə olunmasının vacibliyini diqqətə çatdırıb.
Görüşdə qurultayda müəyyən edilmiş prioritet istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə bağlı müzakirələr keçirilib.

image-fb_img_1793294959250 image-fb_img_1793294961830 image-fb_img_1793294964130 image-fb_img_1793294966652 image-fb_img_1793294969685 image-fb_img_1793294972127 image-fb_img_1793294974578 image-fb_img_1793294976943 image-fb_img_1793294979864 image-fb_img_1793294982153 image-fb_img_1793294984544


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki