image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-b711bc40-0272-4cdd-aa77-01ac8b861e0f

YAP Saatlı rayon təşkilatında VIII Qurultayın hədəflərinə həsr olunmuş tədbir keçirilib

image-legitimaz-810x90

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının “Potubəyli” və “Əlisoltanlı” ərazi partiya təşkilatlarının üzvləri ilə Prezident, partiyanın Sədri cənab İlham Əliyevin VIII Qurultayındakı nitqində irəli sürülən məsələlər və qarşıdakı dövr üçün müəyyən etdiyi fəaliyyət istiqamətlərinə həsr olunmuş tədbir keçirilib.

Xeberaz.info xəbər verir ki, tədbir iştirakçıları ilk öncə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən YAP Saatlı rayon təşkilatının əməkdaşı Kənan İslamov diqqətə çatdırdı ki, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin siyasi sabitliyinin, sosial-iqtisadi tərəqqisinin və tarixi Zəfərlərinin əsas hərəkətverici qüvvəsi olmuşdur. Ulu Öndərin zəngin idarəçilik xəttini uzaqgörənliklə sürdürən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək qüdrətli dövlətə çevrilmişdir. Qazanılan bu möhtəşəm nailiyyətlər partiyamızın yürütdüyü uzaqgörən siyasi kursun, dövlətimizin iqtisadi qüdrətinin və sarsılmaz xalq-iqtidar birliyinin parlaq təntənəsidir.
Daha sonra çıxış edən “Potubəyli” ərazi partiya təşkilatının sədri Nəbi Əmiraslanov bildirdi ki, Ölkə rəhbərinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət respublikamızın beynəlxalq müstəvidəki mövqeyini daha da gücləndirir və xalqımızın rifahına xidmət edir.
Tədbirdə çıxış edənlər – Nail Mirzəyev və Fətəli Qurbanov vurğuladılar ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən liderliyi sayəsində ölkəmiz şanlı zəfərlərə qovuşaraq öz torpaq bütövlüyünü və tam suverenliyini reallığa çevirmişdir.
Görüşün sonunda ərazi partiya təşkilatının cari işləri nəzərdən keçirilib və qarşıdakı dövr üçün müvafiq fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

image-b711bc40-0272-4cdd-aa77-01ac8b861e0fimage-5386c65e-093b-4eaf-86d2-9444265f4bfcimage-6865f30b-e320-4cf3-85e7-942636bfcd5aimage-67719e67-ef8b-4e98-a88d-c3efb4693947image-452b1c57-fda6-4104-9291-cfb4634d795b


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki