Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının “Varxan” ərazi partiya təşkilatında Prezident, partiyanın Sədri cənab İlham Əliyevin VIII qurultayındakı nitqində irəli sürülən məsələlər və qarşıdakı dövr üçün müəyyən etdiyi fəaliyyət istiqamətlərinə həsr olunmuş tədbir keçirilib.
Xeberaz.info xəbər verir ki, tədbir iştirakçıları ilk öncə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən YAP Saatlı rayon təşkilatının əməkdaşı Aydın Şıxəliyev bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları və uzaqgörən siyasəti əsasında təsis edilən Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi müqəddəratının həll olunduğu çətin bir dövrdə milli xilaskar kimi meydana çıxmışdır. Bu gün də Ulu Öndərin zəngin irsi və təməlini qoyduğu inkişaf strategiyası partiyamızın gələcək hədəflərinə və nailiyyətlərinə işıq saçmaqda davam edir.
Daha sonra çıxış edən “Varxan” ərazi partiya təşkilatının sədri Lətif Şimşəkov bildirdi ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən köklü islahatlar nəticəsində təhsil sahəsi dövlət siyasətinin en mühüm prioritetlərindən birinə çevrilmişdir. İnsan kapitalının inkişafına yönəlmiş bu uzaqgörən strategiya müasir dünyagörüşünə və yüksək biliklərə yiyələnən fəal gənc nəslin yetişdirilməsini təmin edərək dövlətimizin qüdrətlənməsinə və parlaq gələcəyinə xidmət edir.
Tədbir iştirakçıları – Rubabə Allahverdiyeva və Ənvər Əsədov vurğuladılar ki, Gənclərin yüksək keyfiyyətli təhsilə yiyələnməsi və modern biliklərə sahib olması dövlətimizin davamlı inkişafının və parlaq gələcəyinin əsas zəmanətidir.
Görüşün sonunda ərazi partiya təşkilatının cari işləri nəzərdən keçirilib və qarşıdakı dövr üçün müvafiq fəaliyyət istiqamətləri müəyyənləşdirilib.


























