image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-c09b15a0-b376-4c4c-a0b9-22c68239276f

Saatlıda Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub – FOTOLAR

image-legitimaz-810x90

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının “2 saylı” ( Saatlı Rayon İcra Hakimiyyəti) ərazi partiya təşkilatında Prezident, partiyanın Sədri cənab İlham Əliyevin VIII qurultayındakı nitqində irəli sürülən məsələlər və qarşıdakı dövr üçün müəyyən etdiyi fəaliyyət istiqamətlərinə həsr olunmuş tədbir keçirilib.

Xeberaz.info xəbər verir ki, tədbir iştirakçıları ilk öncə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov bildirdi ki, Ulu Öndər Heydər Əliyevin banisi olduğu müasir Azərbaycan dövlətçiliyi bu gün cənab Prezident İlham Əliyevin liderliyi ilə özünün ən qüdrətli dövrünü yaşayır. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında cənab Prezidentin də qeyd etdiyi kimi, ərazi bütövlüyümüzün bərpası və suverenliyimizin tam təmin olunması məhz Ulu Öndərin zəngin irsinə, uzaqgörən strateji xəttinə sadiqliyin və sarsılmaz xalq-iqtidar birliyinin parlaq təzahürüdür. Vurğuladı ki, bu tarixi Zəfər dünya azərbaycanlılarının həmrəyliyini daha da möhkəmləndirərək Heydər Əliyev ideallarının təntənəsini və dövlətimizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha sübut etdi.
Daha sonra “2 saylı” ərazi partiya təşkilatının sədri Mehriban Ağayeva çıxışında vurğuladı ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni strateji mərhələyə qədəm qoymasını şərtləndirən, partiyanın ideoloji və təşkilati yenilənmə yolunu müəyyən edən mühüm tarixi hadisə olmuşdur.
Tədbir iştirakçıları – Kamil İmanov, Ruhid Əzizov və Mirəli Məmmədov çıxış edərək bildirdilər ki, cənab Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasət Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırmaqla yanaşı, regionda sülhün və təhlükəsizliyin əsas zəmanətçisinə çevrilmişdir. Eyni zamanda, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri və müasir islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin edərək xalqımızın rifahını daha da yüksəldir.
Görüşün sonunda ərazi partiya təşkilatının cari işləri nəzərdən keçirilib və qarşıdakı dövr üçün müvafiq fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

image-c09b15a0-b376-4c4c-a0b9-22c68239276fimage-b29e91c3-36fe-423b-b88d-c43d3b79c4bfimage-256e7b3f-33f4-48dc-ade5-0c7c335b49b6image-ca28ce22-db32-4727-9320-8d373a89914fimage-6cea4fc1-516b-4eed-acd9-48029a9e7d15


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki