image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-15f405e89387d4c15b549797639966d2

Müğənni Nəfəsə ağır itki

image-legitimaz-810x90

Tanınmış müğənni Nəfəsin ailəsində bir neçə gün əvvəl yaşanan ağır hadisə ölümlə nəticələnib.

Müğənninin Türkiyənin İzmir şəhərində xəstəxanada müalicə alan ögey atası dünyasını dəyişib.

Bu barədə Nəfəsin müğənni bacısı Fatimə Məmmədli Expressxeberler.az-a məlumat verib.

Xatırladaq ki, iki gün əvvəl Fatimə Məmmədli atasının mədə xərçəngindən əziyyət çəkdiyini, vəziyyətinin ağırlaşdığını və beyin ölümünün baş verdiyini bildirmişdi. Həmin vaxt həkimlər ailəyə onun həyatını itirə biləcəyi ilə bağlı iki gün ərzində gözlənilən hadisələrə hazır olmağı tövsiyə etmişdilər.

Fatimə daha əvvəl paylaşımında həmin şəxsin onun və bacı-qardaşlarının doğma atası olmasa da, onlara heç vaxt atasızlıq hiss etdirmədiyini vurğulamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki