image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1775049248286936940_1200x630

Kəlbəcərlilərin doğma yurdlarına qayıdışı mənəvi ədalətin bərpasıdır

image-legitimaz-810x90

Kəlbəcərlilərin doğma yurdlarına qayıdışı mənəvi ədalətin bərpasıdır

 

Kəlbəcərin azad edilməsindən sonra həyata keçirilən ən mühüm tədbirlərdən biri də keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışının təmin olunmasıdır. Çünki bu torpaqların əsl sahibləri uzun illər öz yurdlarından uzaqda yaşamağa məcbur edilmiş insanlar idi.

İşğal dövründə dünyaya gələn uşaqlar doğma kəndlərini, ata-baba evlərini yalnız valideynlərinin danışdıqları xatirələrdən tanıyırdılar. Yaşlı nəslin nümayəndələri isə uzun illər doğulduqları evləri, uşaqlıq xatirələrini, qonşularını və doğma təbiəti yenidən görmək arzusu ilə yaşayırdılar.

Bu gün həmin arzular gerçəkləşir. Kəlbəcər sakinlərinin mərhələli şəkildə doğma torpaqlarına qayıtması rayonun həyatında yeni bir səhifə açır. İnsanlar öz evlərinə qayıdır, yenidən təsərrüfat qurur, övladlarının gələcəyini doğma torpaqda görürlər.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə səfərləri, yeni yaşayış kompleksləri ilə tanışlığı və sakinlərlə görüşləri dövlətin bu məsələyə verdiyi böyük əhəmiyyətin göstəricisidir. Dövlət başçısının sakinlərlə söhbətlərində onların rahat və təhlükəsiz yaşayışının təmin olunması, bölgənin inkişafı və yeni imkanların yaradılması əsas məsələlərdən biri kimi diqqətə çatdırılıb.

Kəlbəcərlilərin öz ata-baba yurdlarına qayıtması yalnız insanların əvvəlki yaşayış yerlərinə köçməsi demək deyil. Bu, həm də illərlə davam edən ayrılığın sona çatması, tarixi ədalətin bərpası və xalqımızın milli birliyinin daha da möhkəmlənməsi deməkdir.

Doğma torpaqlarına qayıdan hər bir ailə Kəlbəcərin yenidən qurulmasına, burada həyatın canlanmasına öz töhfəsini verir. Bir vaxtlar boş qalan evlərdə yenidən işıqlar yanır, küçələrdə insanların səsi eşidilir, uşaqların gülüşü dağlara yayılır. Bütün bunlar Kəlbəcərin yenidən həyata qayıtdığını göstərir.

Bu gün Kəlbəcərdə aparılan işlər yalnız rayonun əvvəlki vəziyyətinin bərpasına xidmət etmir. Əsas məqsəd bu bölgəni daha müasir, iqtisadi baxımdan güclü və insanların yaşaması üçün əlverişli bir məkana çevirməkdir.

Azərbaycan dövləti işğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, Kəlbəcərdə də uzunmüddətli inkişaf strategiyasını həyata keçirir. Bu strategiyanın əsas istiqamətlərinə müasir infrastrukturun yaradılması, yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafı, turizm imkanlarının genişləndirilməsi, kənd təsərrüfatının bərpası və əhalinin sosial rifahının yüksəldilməsi daxildir.

 

Fəxrət Məmmədəliyev – Təzəkənd kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki