Dubayda sevgilisi Uilyam Tribini bıçaqlayaraq öldürməkdə ittiham olunan 23 yaşlı britaniyalı influenser Bruk Corcun məhkəməsi təxirə salınıb.
Xeberaz.info xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə prosesi ittiham tərəfinin şahidlərinin məhkəməyə gəlməməsi səbəbindən təxirə salınıb və növbəti məhkəmə iclası oktyabrın 28-nə təyin edilib.
İyun ayından bəri həbsdə olan gənc qadının ailəsi həbsxana şəraiti və telefon danışıqlarının məhdudlaşdırılması ilə bağlı narahatlıqlarını bildirib.
Qeyd olunur ki, Dubayda saxlanılan Corc günahkar bilinərsə, Birləşmiş Ərəb Əmirliklərində edam cəzası ilə üzləşə bilər.
Corc 26 yaşlı sevgilisi Uilyam Tribini sinəsindən bıçaqladığını etiraf edib, o, bunun özünümüdafiə olduğunu qeyd edib.





























