image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img_20261028_175402

AZƏRBAYCAN NÜFUZLU BEYNƏLXALQ TƏDBİRLƏRİN TƏŞKİL OLUNDUĞU MƏKANA ÇEVRİLİB!

image-legitimaz-810x90

AZƏRBAYCAN NÜFUZLU BEYNƏLXALQ TƏDBİRLƏRİN TƏŞKİL OLUNDUĞU MƏKANA ÇEVRİLİB!

Dünyanın mədəniyyət mərkəzlərindən biri kimi tanınan Azərbaycanda sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən bir sıra nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilmişdir. Azərbaycan dövləti tərəfindən mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın təşviqinə yönələn beynəlxalq miqyaslı tədbirlər onun mədəni müxtəlifliyə dəstəyinin göstəricisidir. Ölkəmizin ev sahibliyi ilə keçirilən tədbirlərin xronologiyasına diqqət yetirməklə coğrafi üstünlüyündən istifadə edərək ölkələr, xalqlar arasında körpü roluna daim yeni əlavələr etdiyini görürük. Azərbaycan dünyaya nadir əməkdaşlıq modelini təqdim edir. Bu model bir daha xarici siyasətimizin dəyişməz prinsiplərini özündə ehtiva edir. Cənab Prezident İlham Əliyevin Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında bütün bu məqamlara bir daha diqqət yönəldildi. Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, dinlərin və millətlərin dinc yanaşı yaşadığı unikal bir tolerantlıq məkanıdır. Ölkədə multikulturalizm təkcə dövlət siyasəti deyil, həm də xalqın gündəlik həyat tərzidir. Paytaxt Bakı mütəmadi olaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Humanitar Forumu kimi mötəbər tədbirlərə ev sahibliyi edərək qlobal miqyasda multikulturalizm mərkəzi kimi tanınır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev tolerantlılığı və multikulturalizmi dövlət siyasətinin əsas istiqamətlərindən biri elan edib, ölkəmizdəki bütün xalqların, milli azlıqların, etnik qrupların bərabər hüquqlar əsasında yaşamaları üçün səmərəli əməli fəaliyyət göstərib.
Cənab Prezident İlham Əliyevin siyasi iradəsi və mütərəqqi siyasəti sayəsində bu gün ölkəmiz tolerantlıq və multikulturalizm baxımından bütün dünya üçün örnəkdir. Cənab Prezident İlham Əliyev sözügedən çıxışında “Azərbaycan tarixən hər zaman mədəniyyətlərin çox olduğu ölkə olub” söylədi və onu da əlavə etdi ki, biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Sözügedən Forum artıq beynəlxalq səviyyədə böyük nüfuz qazanıbdır. Hazırda dünyanın qarşılaşdığı, üzləşdiyi çağırışların çətinliyini və mürəkkəbliyini nəzərə alaraq, bu kimi problemlərin aradan qaldırılması yalnız birgə səylər vasitəsilə mümkündür. Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik, milli-mənəvi birlik, tolerant mühit formalaşıb. Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir. Forumda həmçinin regionda sülh müstəvisində ciddi addımların atılmasının vacib olduğu diqqətə cəkilib, Azərbaycan güclü və qalib ölkə kimi yenidən Cənubi Qafqazda münaqişə yaratmaq istəyən qüvvələrin qarşısında keçilməz səddir. Sülhün və sabitliyin təmin olunmasına, xalqların və dövlətlərin sülh şəraitində yaşamasina ölkəmiz töhfələrini verir. Dünyanın müxtəlif yerlərində müxtəlif zəmində toqquşmaların baş verdiyi halda, Azərbaycan sülhün və həmrəyliyin carçısına çevrilib. Mədəniyyətlərarası Forum, məhz belə halların qarşısının alınmasına öz töhfələrini verir.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının məsləhətçisi
Aydın Şıxəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki