image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17822393742214546689_1200x630

Yeni layihələrin reallaşdırılması mərhələsinə keçəcəyik

image-legitimaz-810x90

Əminəm ki, gələn ay Türkmənistanda keçiriləcək Hökumətlərarası Komissiya çərçivəsində bu gün verdiyimiz tapşırıqlar həmin vaxta qədər hərtərəfli işlənib hazırlanacaq və biz yeni birgə problemlərin həlli, yeni layihələrin reallaşdırılması mərhələsinə keçəcəyik

Türkmənistanın dövlət başçısının səfəri zamanı Azərbaycan və Türkmənistan arasında imzalanmış sənədlər əməkdaşlığın hüquqi bazasının genişlənməsi üçün mühüm təməl rolunu oynayır. Həmin gün ən müxtəlif sahələri əhatə edən mühüm sənədlər mübadilə olunmuşdur. Bundan əlavə, Sənaye əməkdaşlığı üzrə 2026–2028-ci illər proqramı, Xarici İşlər nazirlikləri arasında 2026–2029-cu illər üzrə əməkdaşlıq proqramı da rəsmi səviyyədə razılaşdırılmışdır. Bu sənədlər iki ölkə arasında münasibətlərin yalnız siyasi deyil, həm də iqtisadi və sosial-humanitar müstəvidə sistemli şəkildə inkişaf etdirilməsini hədəfləyir. Səfərin diqqət çəkən istiqamətlərindən biri enerji sahəsidir. Çünki Azərbaycan və Türkmənistan Xəzər regionunun mühüm enerji istehsalçıları kimi regional və beynəlxalq enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayırlar. İmzalanmış enerji əməkdaşlığı sazişi gələcəkdə neft-qaz layihələri, enerji infrastrukturu və enerji daşıyıcılarının ixracı üzrə qarşılıqlı fəaliyyət imkanlarını genişləndirə bilər.

Türkmənistana hədiyyə edilən “Dostluq” tankerinin təqdimat mərasiminin keçirilməsi iki ölkənin enerji və nəqliyyat sahəsində tərəfdaşlığının rəmzi kimi qiymətləndirilir. Danışıqların məzmununda humanitar əməkdaşlıq məsələləri də xüsusi yer tutur. Təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində imzalanan sənədlər xalqlar arasında əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov çıxışında Azərbaycan və Türkmənistan xalqlarını əsrlər boyu formalaşmış dostluq, qohumluq və ortaq mənəvi dəyərlərin birləşdirdiyini vurğulamış, iki ölkə arasında əməkdaşlığın uzunmüddətli maraqlara xidmət etdiyini bildirmişdir. 22 iyun 2026-cı il tarixli Bakı görüşü Azərbaycan–Türkmənistan münasibətlərində yeni strateji mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. İmzalanmış sənədlərin miqyası, müzakirə olunan məsələlərin geniş spektri və dövlət başçılarının verdiyi mesajlar göstərir ki, tərəflər münasibətləri daha yüksək səviyyəyə qaldırmaq əzmindədirlər. Şübhə yoxdur ki, bütün istiqamətlər üzrə əməkdaşlığın dərinləşməsi həm iki ölkənin milli maraqlarına, həm də Xəzər regionunda sabitlik və inkişafın möhkəmlənməsinə xidmət edəcək. Bu baxımdan, Türkmənistanın dövlət başçısının ölkəmizə dövlət səfəri Bakı-Aşqabad tərəfdaşlığının gələcək perspektivlərini müəyyənləşdirən mühüm siyasi hadisə kimi tarixə düşür.

 

Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki