image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17840091471806127175_1200x630

Slovakiya–Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir

image-legitimaz-810x90

Slovakiya–Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir.

 

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Slovakiya–Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir.” Bu fikir iki ölkə arasında münasibətlərin yalnız diplomatik təmaslarla məhdudlaşmadığını, qarşılıqlı etimad və ortaq maraqlar əsasında davamlı şəkildə inkişaf etdiyini nümayiş etdirir. Son illərdə həyata keçirilən qarşılıqlı rəsmi və işgüzar səfərlər siyasi dialoqun intensivliyini artırmaqla yanaşı, əməkdaşlığın konkret istiqamətlər üzrə genişlənməsinə də mühüm töhfə vermişdir.

Beynəlxalq münasibətlər sistemində dövlət başçılarının qarşılıqlı səfərləri siyasi əlaqələrin inkişaf səviyyəsini müəyyən edən əsas göstəricilərdən biri hesab olunur. Bu baxımdan Azərbaycan və Slovakiya prezidentlərinin qarşılıqlı görüşləri, aparılan səmərəli danışıqlar və əldə olunan razılaşmalar münasibətlərin strateji xarakter daşıdığını təsdiqləyir. Bu görüşlər zamanı yalnız mövcud əməkdaşlıq istiqamətləri deyil, həm də gələcək inkişaf perspektivləri müzakirə edilir, yeni layihələrin həyata keçirilməsi üçün siyasi qərarlar qəbul olunur.

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında mühüm mərhələlərdən biri 2024-cü ildə Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanması olmuşdur. Bu sənəd iki ölkə arasında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi sənəd olmaqla yanaşı, qarşılıqlı etimadın və uzunmüddətli tərəfdaşlığın hüquqi-siyasi əsasını təşkil edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “2024-cü ildə biz strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalamışıq və bəyannamənin icrası göz önündədir.”

Birgə Bəyannamənin əhəmiyyəti ondan ibarətdir ki, o, münasibətlərin yalnız siyasi sahə ilə məhdudlaşmadığını, iqtisadiyyat, energetika, nəqliyyat, logistika, rəqəmsallaşma, müdafiə sənayesi, təhsil, elm, mədəniyyət və humanitar əməkdaşlıq kimi çoxşaxəli istiqamətləri də əhatə edir. Bu sənəd gələcək əməkdaşlığın strateji yol xəritəsi rolunu oynayır və hər iki dövlətin uzunmüddətli maraqlarını özündə əks etdirir.

Prezident İlham Əliyevin çıxışında xüsusi vurğuladığı məqamlardan biri də imzalanmış sənədin praktiki nəticələr verməsidir. Dövlət başçısının “Bəyannamənin icrası göz önündədir” fikri göstərir ki, tərəflər qəbul olunan qərarların kağız üzərində qalmasına deyil, onların konkret layihələr və proqramlar vasitəsilə həyata keçirilməsinə üstünlük verirlər. Son dövrdə iqtisadi əlaqələrin genişləndirilməsi, enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, Qarabağın bərpasında Slovakiya şirkətlərinin iştirakı və digər sahələrdə əldə olunan nailiyyətlər bunun bariz nümunəsidir.

 

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki