image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-0085bb2706d2028fb898735f44ef861c

Qəbələdə Çexiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub – FOTOLAR

image-legitimaz-810x90

Bu gün Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub.

Xeberaz.info xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Çexiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Çexiyanın Baş nazirinə raport verib.

Çex Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiyanın Baş naziri Andrey Babişin qarşısından keçib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Andrey Babişə, Çexiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.

Sonra rəsmi foto çəkdirilib.












  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki