image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-lham_aliyev_qirgizistan_mubadile_-1

Qardaş ölkələrlə əməkdaşlıq Azərbaycanın gücünü artırır

image-legitimaz-810x90

Qardaş ölkələrlə əməkdaşlıq Azərbaycanın gücünü artırır

2026-cı il iyulun 31-də Prezident İlham Əliyev Qırğızıstana dövlət səfəri etdi. Səfər zamanı Qırğız Respublikasının Prezidenti ilə görüş keçirildi. Görüşdə iki ölkə arasında əməkdaşlığın bu günü və gələcəyi müzakirə olundu. Daha sonra dövlət başçıları mətbuata bəyanat verdilər. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər dostluq, qardaşlıq və qarşılıqlı etimada əsaslanır. Hər iki ölkə ortaq tarixə, mədəniyyətə və türk dünyasının dəyərlərinə bağlıdır. Bu yaxınlıq əlaqələrin daha da inkişaf etməsinə kömək edir.

Dövlət başçısı qeyd etdi ki, son illərdə iki ölkə arasında siyasi əlaqələr daha da möhkəmlənib. Qarşılıqlı səfərlər, imzalanan sənədlər və birgə layihələr əməkdaşlığın genişlənməsinə şərait yaradıb. Azərbaycan və Qırğızıstan beynəlxalq təşkilatlarda da bir-birini dəstəkləyir.

İqtisadi əməkdaşlıq da inkişaf edir. Ticarət əlaqələrinin artırılması, nəqliyyat və logistika sahəsində yeni layihələrin həyata keçirilməsi hər iki ölkə üçün faydalıdır. Orta Dəhliz kimi beynəlxalq nəqliyyat marşrutları region ölkələrini bir-birinə daha da yaxınlaşdırır. Təhsil və mədəniyyət sahəsində görülən işlər də xüsusi əhəmiyyət daşıyır. Ağdam şəhərində Manas adına məktəbin fəaliyyət göstərməsi Azərbaycan ilə Qırğızıstan dostluğunun gözəl nümunəsidir. Bu məktəb iki xalqın ortaq tarixini və qardaşlığını gələcək nəsillərə çatdıracaq.

Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan qardaş ölkələrlə əlaqələrin daha da möhkəmlənməsinə böyük önəm verir. Bu əməkdaşlıq təkcə iki ölkənin deyil, bütün türk dünyasının inkişafına və birliyinə xidmət edir. Qırğızıstana dövlət səfəri bir daha göstərdi ki, Azərbaycan və Qırğızıstan arasında münasibətlər möhkəm təməl üzərində qurulub. Dostluq, qarşılıqlı hörmət və ortaq məqsədlər gələcəkdə bu əlaqələrin daha da inkişaf edəcəyinə inam yaradır.

 

Zərdab rayon Hüseynxanlı kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi-Əfsun Nuriyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki