image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17864610191417114723_1200x630

Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, ölkəmiz üçün xüsusi strateji əhəmiyyət daşıyan bölgələrdən biridir

image-legitimaz-810x90

Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, ölkəmiz üçün xüsusi strateji əhəmiyyət daşıyan bölgələrdən biridir

 

Muxtar respublikanın Azərbaycanın əsas hissəsindən ayrı yerləşməsi onun təhlükəsizliyinə, iqtisadi inkişafına və digər bölgələrlə əlaqələrinin gücləndirilməsinə xüsusi diqqət göstərilməsini zəruri edir. Son illərdə həyata keçirilən dövlət siyasəti nəticəsində Naxçıvanın sosial-iqtisadi inkişafı, enerji təhlükəsizliyi, nəqliyyat imkanları və əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Bu gün Naxçıvanın inkişafına yalnız muxtar respublikanın öz imkanları çərçivəsində deyil, Azərbaycanın digər bölgələri və azad edilmiş ərazilərlə birlikdə vahid inkişaf yanaşması əsasında baxılır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri ilə yanaşı, Naxçıvanda da yeni layihələr reallaşdırılır. Məqsəd bütün bölgələrin bir-biri ilə daha sıx əlaqələndirilməsi, iqtisadi imkanların genişləndirilməsi və əhalinin daha yaxşı şəraitdə yaşamasının təmin edilməsidir. Naxçıvanda idarəetmə sisteminin təkmilləşdirilməsi də bu prosesin mühüm istiqamətlərindən biridir. İnzibati islahatların aparılması, Prezidentin xüsusi nümayəndəliyi institutunun yaradılması və dövlət strukturlarının fəaliyyətinin daha səmərəli qurulması idarəetmənin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bu dəyişikliklərdən əsas məqsəd dövlət xidmətlərinin əhaliyə daha çevik və keyfiyyətli göstərilməsi, problemlərin yerində araşdırılması və onların daha operativ həll edilməsidir.

İqtisadi inkişaf baxımından Naxçıvanda sənaye sektorunun genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Naxçıvan Sənaye Parkının yaradılması bu baxımdan mühüm layihələrdən biridir. Sumqayıt Sənaye Parkından sonra ölkədə ən böyük sənaye parklarından birinin Naxçıvanda yaradılması burada yeni istehsal sahələrinin və yeni iş yerlərinin açılmasına imkan verəcək. Sənaye müəssisələrinin fəaliyyətə başlaması yerli iqtisadiyyatın canlanmasına, sahibkarlığın inkişafına və əhalinin məşğulluğunun artmasına şərait yaradacaq.

Əhalinin sosial rifahının yaxşılaşdırılması da dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Naxçıvanda “ASAN xidmət” və “DOST” mərkəzlərinin fəaliyyət göstərməsi insanların dövlət xidmətlərindən daha rahat və müasir formada istifadə etməsinə imkan yaradır. Naxçıvan Regional DOST Mərkəzinin inşa edilməsi də sosial xidmətlərin əlçatanlığının artırılması baxımından mühüm addımdır. Bundan başqa, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil təminatı istiqamətində də tədbirlər həyata keçirilir. Daha 68 mənzilin bu kateqoriyadan olan şəxslərə ayrılması dövlətin sosial siyasətinin mühüm göstəricilərindən biridir.

 

Fərid Qurbanov – Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki