ABŞ Dövlət Departamenti Rusiya ilə Ukrayna arasında atəşkəsin Pasxa bayramından sonra uzadılacağına ümid etdiyini bildirib.
“Xeberaz.info“ xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sosial şəbəkə hesabında yazıb.
“Amma Kiyev rejimi bunu Pasxa bayramında belə hiss etməyib. Üstəlik, atəşkəsi pozmaq üçün Amerikanın HIMERS silahından istifadə edilib. Lakin bu təsadüf deyil, nümunədir, çünki yanacaq-energetika kompleksinə hücumlara moratorium zamanı buna razılıq verən Zelenski mülki enerji infrastrukturunu hədəfə alıb”, – deyə diplomat qeyd edib.