image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1789275973-1789262050379431902_1200x630

Messi MLS-in bombardirlər yarışında liderliyə yüksəldi

image-legitimaz-810x90

Səkkiz dəfə “Qızıl top” sahibi olan argentinalı hücumçu Lionel Messi MLS-in (“Major League Soccer”) müntəzəm çempionatının “Neşvill”ə qarşı ev oyununda (2:2) qol vurub.

Xeberaz.info xəbər verir ki, Messi bu mövsümdə 19-cu, karyerasında isə 928-ci qolunu vurub.

Nəticədə Messi çempionatın bombardirlər yarışında vahid liderə çevrilib. O, 18 qol vuran “Dallas”ın futbolçusu Petar Musanı qabaqlayıb.

Messi MLS-də ardıcıl qol vurduğu oyunların sayını yeddiyə çatdırıb. Bu müddət ərzində onun hesabında 7 qol və 4 məhsuldar ötürmə olub.

“İnter Mayami” 25 oyundan sonra 45 xalla Şərq Konfransının turnir cədvəlində ikincdir. “Neşvill” isə 54 xalla liderdir.

MLS-in növbəti oyununda “İnter Mayami” sentyabrın 21-də “San Dieqo”nu qəbul edəcək. “Neşvill” isə bir gün əvvəl evdə “Çikaqo” ilə qarşılaşacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki