image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fb_img_1789211696164

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilib

image-legitimaz-810x90

Sentyabrın 11-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib.
Xeberaz.info xəbər verir ki ,iclasda komitənin ötən sessiya dövründə həyata keçirdiyi fəaliyyətlə bağlı hesabat təqdim olunub, 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi müzakirə edilib.
Müzakirələr zamanı komitənin gündəliyində yer alan məsələlərlə bağlı çıxışlar dinlənilib, müxtəlif təkliflər səsləndirilib.
İclasda, həmçinin yay tətili müddətində deputatların yerlərdə seçicilərlə keçirdikləri görüşlər və qəbullar, seçki dairələrində həyata keçirilən fəaliyyət, eləcə də parlamentlərarası dostluq qrupları çərçivəsində iştirak olunan beynəlxalq tədbirlər barədə məlumat verilib.
Sonda komitənin ötən sessiya dövründə gördüyü işlərə dair hesabatı məqbul hesab olunub və 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib.
Qeyd edək ki, deputat Jalə Əliyeva da iclas zamanı müzakirələrdə iştirak edərək gündəlikdəki məsələlərlə bağlı fikirlərini və təkliflərini səsləndirib.

image-fb_img_1789211683376 image-fb_img_1789211686482 image-fb_img_1789211688680 image-fb_img_1789211691024 image-fb_img_1789211693844 image-fb_img_1789211696164


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki