Rusiya Prezidenti Vladimir Putin BRICS sammitində çıxış edərək təşkilata üzv ölkələrin xarici təzyiqlərdən və sanksiyalardan asılı olmadan iqtisadi əlaqələri inkişaf etdirmək imkanlarına malik olduğunu bəyan edib.
Xeberaz.info xəbər verir ki, Rusiya lideri BRICS-in qlobal iqtisadiyyatdakı rolunun sürətlə artdığını vurğulayıb.
Putin çıxışında təşkilatın əsas hədəfləri və cari göstəriciləri barədə diqqətçəkən məqamları açıqlayıb. O bildirib ki, BRICS-in əsas dəyərləri və idealları müasir dünyada getdikcə daha böyük cazibə qüvvəsinə tərəfdaşları cəlb edir. Təşkilat bütün ölkələrin sosial və iqtisadi artım üçün bərabər, həmçinin məhdudiyyətsiz imkanlara malik olmasını müdafiə edir və daha ədalətli çoxqütblü dünya nizamının formalaşmasında fəal iştirak edir.
Rusiya Prezidentinin sözlərinə görə, BRICS ölkələrinin iqtisadiyyatlarının bir-birini tamamlaması birliyin inkişafı üçün əsas resursdur. Artıq təşkilat daxilində ticarət dövriyyəsinin həcmi 1,2 trilyon dollar həddinə çatıb.
Putin əlavə edib ki, Yeni İnkişaf Bankının bazasında yaradılan BRICS-in yeni investisiya platforması uzunmüddətli kapitalların yalnız təşkilat üzvlərinə deyil, həm də gələcək tərəfdaş ölkələrin iqtisadiyyatlarına və texnoloji layihələrinə cəlb edilməsinə geniş şərait yaradacaq.

























