İran ballistik raketlərin istehsalını bərpa edib və bu, Tramp administrasiyasının Tehranın hərbi imkanlarının ABŞ ilə müharibə zamanı məhv edildiyi iddiasını təkzib edir.
Xeberaz.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti Amerika və Yaxın Şərq rəsmilərinə istinadən məlumat yayıb.
Mənbələrə görə, İran mövcud komponentlərdən yeni raketlərin yığılmasını bərpa edib. Ölkənin cənub-şərqindəki Xocir raket kompleksi də daxil olmaqla bir neçə yeraltı obyektdə işlər davam edir. Eyni zamanda, İran rejimi istehsalı yeni Amerika hücumlarından qorumaq üçün yeni yeraltı yığım sahələri yaratmaq üzərində işləyir.


























