image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-f16

Rumıniya üzərində PUA göründü: İki F-16 havaya qaldırıldı

image-legitimaz-810x90

Rumıniyanın hava məkanına yenidən naməlum PUA daxil olub.

Xeberaz.info xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, PUA Ukrayna və Moldovanın hava məkanını keçərək Rumıniyanın şimal-şərqinə doğru hərəkət edib və daha sonra qəzaya uğrayıb.

Vəziyyəti izləmək üçün Borça aviabazasından iki Rumıniya F-16 qırıcısı havaya qalxıb, hakimiyyət orqanları isə hava həyəcanı elan edib. Eyni zamanda, Botoşani dairəsi üzərində PUA görüldüyü barədə fövqəladə xidmətlərə məlumat daxil olub.

Daha sonra hərbçilər qarğıdalı sahəsində uçuş aparatının qalıqlarını aşkar ediblər.

Xəsarət alanlar barədə məlumat verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki