Husilər tərəfindən atılan mərmi Səudiyyə Ərəbistanının cənub-qərbindəki Cizan bölgəsinə düşüb.
Xeberaz info xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının mülki müdafiə xidməti xidməti məlumat yayıb.
Bildirilib ki, nəticədə ən azı iki nəfər yaralanıb.
Digər tərəfdən, zərbələr zamanı məscidə, bir neçə binaya və nəqliyyat vasitələrinə ziyan dəyib.


























