image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-b92a5f69a732cf08da9a63ccaf9c24cb

Məcnun Məmmədov şöbə müdiri də təyin etdi – FOTO

image-legitimaz-810x90

Kənd Təsərrüfatı Nazirliyində daha bir kadr təyinatı olub.

Bununla bağlı nazir Məcnun Məmmədov müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, Ruslan Ənvərli nazirlikdə şöbə müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, R.Ənvərli bundan əvvəl “Avrora” şirkətində şöbə müdiri, daha əvvəl isə “Kapital Bank”da, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində şöbə müdiri vəzifəsindən çalışıb.

Xatırladaq ki, bundan öncə nazir M.Məmmədov Ramil Əzməmmədov və Ayaz Museyibovu özünə müşavir, Fuad Məmmədovu isə Aqrar Xidmətlər Agentliyinin sədr müavini təyin edib.\\iqtisadiyyat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki