İran Prezidenti Məsud Pezeşkian 18-ci BRİKS Zirvə Görüşündə iştirak etmək üçün Hindistanın paytaxtı Yeni Dehliyə yola düşüb.
Xeberaz.info xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
“BRİKS-in məqsədi birtərəfliliyə qarşı çıxmaqdır. Hazırkı sammitin şüarı da bu yanaşma ilə səsləşir. Ümid edirik ki, günbəgün bu məqsədə daha da yaxınlaşacağıq. İqtisadi məsələlər kifayət qədər mürəkkəbdir və dünyada birtərəfliliyin və totalitarizmin azaldılması üçün yeni yanaşmalara ehtiyac var”, – İran prezidenti vurğulayıb.
Qeyd edək ki, Rusiya lideri Vladimir Putin də artıq Hindistana səfər edib.


























