image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-c24c2387abd950e7f12dc16e70d979fe

Tramp ABŞ-də Çin avtomobil zavodlarının açılmasına icazə verilə biləcəyini bildirib

image-legitimaz-810x90

Ağ Ev lideri Donald Tramp Çinin avtomobil zavodlarının ABŞ ərazisində fəaliyyət göstərə biləcəyini istisna etməyib.

“Report”un verdiyi məlumata görə, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.

O bildirib ki, belə müəssisələrin amerikalılar üçün iş yerləri yaradacağı nəzərə alınmaqla buna qarşı deyil.

“Əgər Çin bura gəlib öz avtomobillərinin istehsalı üçün zavod açmaq istəsə, mən buna qarşı olmazdım”, – deyə o əlavə edib.

Tramp nümunə kimi artıq bu modeldən istifadə edən Yaponiyanı göstərib və əsas şərti vurğulayıb: “Əsas məsələ odur ki, onlar bizim insanları işə götürürlər”.

Bununla belə, Tramp başqa bir ssenariyə – Meksikada ucuz avtomobillərin istehsal edilərək daha sonra sərhəddən ABŞ-a gətirilməsinə yol verməyəcəyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki