image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-media-17797108691031321640_1200x630-go0q4chtwyi9vfn7mx1j-620x460

Kənd təsərrüfatının inkişafı Azərbaycanın iqtisadi gücünün artmasına, regionların inkişafına və əhalinin rifahının yüksəlməsinə xidmət edir

image-legitimaz-810x90

Kənd təsərrüfatının inkişafı Azərbaycanın iqtisadi gücünün artmasına, regionların inkişafına və əhalinin rifahının yüksəlməsinə xidmət edir

Prezident İlham Əliyev fermerlərin sosial müdafiəsinin gücləndirilməsinin də daim diqqət mərkəzində olduğunu vurğulamışdır. Dövlət tərəfindən verilən subsidiyalar, güzəştli gübrələr, lizinq yolu ilə kənd təsərrüfatı texnikasının təqdim olunması və digər dəstək mexanizmləri kənd əməkçilərinin fəaliyyətinə mühüm stimul verir. Bu tədbirlər nəticəsində kənd yerlərində məşğulluq artır, əhalinin gəlirləri yüksəlir və regionların sosial-iqtisadi inkişafı sürətlənir.

Dövlət başçısı çıxışında ixrac potensialının genişləndirilməsinə də toxunmuşdur. Azərbaycan kənd təsərrüfatı məhsulları artıq bir çox xarici bazarlarda rəqabət qabiliyyətini artırır. Meyvə-tərəvəz, pambıqçılıq, üzümçülük, tütünçülük və digər sahələrdə əldə olunan uğurlar ölkənin ixrac gəlirlərinin artmasına müsbət təsir göstərir. Prezident qeyd etmişdir ki, “Made in Azerbaijan” brendinin beynəlxalq bazarlarda tanıdılması istiqamətində görülən işlər aqrar məhsulların xarici bazarlara çıxış imkanlarını daha da genişləndirəcəkdir.

Müşavirədə kənd təsərrüfatının gələcək inkişaf perspektivləri ilə bağlı mühüm tapşırıqlar da verilmişdir. Prezident İlham Əliyev aidiyyəti dövlət qurumlarına tapşırmışdır ki, aqrar sahədə şəffaflıq və səmərəlilik daha da artırılsın, fermerlərin problemləri operativ şəkildə həll edilsin və kənd təsərrüfatında innovativ yanaşmalar geniş tətbiq olunsun. Dövlət başçısı vurğulamışdır ki, kənd təsərrüfatının inkişafı Azərbaycanın iqtisadi gücünün artmasına, regionların inkişafına və əhalinin rifahının yüksəlməsinə xidmət edir.

Bu müşavirə bir daha göstərdi ki, Azərbaycanda aqrar sahənin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində kənd təsərrüfatı müasir inkişaf mərhələsinə qədəm qoymuş, ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm nəticələr əldə olunmuşdur. Azərbaycanın aqrar siyasəti həm milli maraqlara xidmət edir, həm də ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi çıxış edir.

 

Fərid Qurbanov – Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki